Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Leyla Yunusova ermənilərin sifarişi ilə Azərbaycana qarşı “müqavimət hərəkatı” yaradır

Leyla Yunusova ermənilərin sifarişi ilə Azərbaycana qarşı “müqavimət hərəkatı” yaradır

11.06.2014 [09:11]

Lakin düşmənlərimizin və onların daxildəki buyruq qullarının bu kimi addımlarla ölkədə bərqərar olan möhkəm vətəndaş həmrəyliyinə zərər vurmaq cəhdləri heç bir nəticə verməyəcək!
“Sülh və Demokratiya İnstitutu” adlı qondarma qurumun rəhbəri Leyla Yunusovanı Azərbaycan cəmiyyətinə xüsusi təqdim etməyə ehtiyac yoxdur. O mənada ki, “hüquq müdafiəçisi” cildinə bürünən L.Yunusova və ailə üzvləri beynəlxalq erməni lobbi şəbəkəsinin bir vinti olduqlarını dəfələrlə təsdiqləyiblər. Eyni zamanda, xaricdəki anti-azərbaycançı dairələrin sifarişlərini sonsuz bir canfəşanlıqla yerinə yetirən Leyla Yunusovanın rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutu Azərbaycan həqiqətlərini təhrif edən, Vətənimizin düşmənlərini ölkəmizlə bağlı donos xarakterli “hesabatlar”la təchiz edən bir mərkəzə çevrilib, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Bir sözlə, ermənipərəstliyi ilə ad çıxaran, düşmənlərimizə xidmət üçün dəridən-qabıqdan çıxan, son vaxtlarda isə adı həm də ermənilərə casusluq etməkdə təqsirli bilinərək saxlanılan jurnalist Rauf Mirqədirovun işindən keçən Leyla Yunusova Azərbaycan cəmiyyətinin milli maraqlarına qarşı yönələn əməllərini davam etdirməkdədir.
Antimilli mərkəzlərdən yeni sifarişlər alan Leyla Yunusova Azərbaycan xalqına qarşı hücuma keçib
Belə ki, ermənipərəst “hüquq müdafiəçisi” bu günlərdə Azərbaycana münasibətdə daim ikili standartlardan çıxış edən ayrı-ayrı “beynəlxalq” təşkilatların, məxfi xidmət orqanlarının təmsilçilərinin görüş yerinə çevrilən Sülh və Demokratiya İnstitutunda yeni bir antimilli qurum-“müqavimət hərəkatı” yaratdığını bəyan edib. Əslində, ermənilərə xidmət fəaliyyətindən, özünün və yaxın ailə çevrəsinin tərcümeyi-halından qırmızı xətlə keçən Leyla Yunusovanın qondarma “müqavimət hərəkatı” yaratdığını bəyan etməklə bu dəfə də çirkin niyyət güddüyü, xaricdəki antimilli dairələrdən gələn sifarişləri yerinə yetirdiyi göz qabağındadır. Daha konkret desək, buyruq qulu olan Leyla Yunusova xaricdəki anti-azərbaycançı dairələrdən aldığı yeni sifarişlər əsasında xalqımıza, cəmiyyətimizə qarşı növbəti hücuma keçib. Özü ilə Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı arasında bütün körpülərin yandığını görən, gizli saxladığı kartlarının açıldığının, üzünə çəkdiyi maskasının yırtıldığının fərqində olan “hüquq müdafiəçisi” açıq şantaj yolunu tutub.
Bu ermənipərəst “hüquq müdafiəçisi” Azərbaycan cəmiyyətini yenə də “siyasi məhbus”lar məsələsi ilə şantaj edir. “Babam mənə kor, dedi, gəlib-gedənə vur, dedi” məntiqindən çıxış edən Leyla Yunusova bütün demokratik dəyərlərin üstündən xətt çəkir, ölkədə müxtəlif fikirliliyin təqib olunduğunu iddia edir. Lakin 130 nəfərdən ibarət “siyasi məhbus” siyahısı tərtib etməsindən dəm vuran Sülh və Demokratiya İnstitutunun rəhbəri nədənsə bu “siyahını” hansı kriteriyalar əsasında hazırladığını açıb ağartmır. Bunun əvəzində Leyla Yunusova ölkədə siyasi məhbusların dəqiq sayını açıqlayan vətəndaş cəmiyyəti təmsilçilərinə qarşı həqarətlər yağdırır, hətta minnət qoyaraq onlara salam verməyəcəyini deyir.
Leyla Yunusovanın ölkəmizə və xalqımıza qarşı növbəti şantajı isə guya ABŞ Senatının Helsinki Komissiyasında Azərbaycanla bağlı dinləmələrin keçiriləcəyi ilə bağlıdır. Belə ki, cəmiyyəti açıq təhdidə keçən L.Yunusova Sülh və Demokratiya İnstitutunun Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı “sənəd” hazırlayaraq Vaşinqtona göndərdiyini dilə gətirib. “Hüquq müdafiəçisi”nin özünün təbirincə desək, “sənəd”, əlbəttə ki, Azərbaycan cəmiyyətinə yönəlik “tənqid notları” üstündə hazırlanıb. Lakin bəri başdan demək mümkündür ki, Leyla Yunusovanı şərləmələri bu dəfə də keçməyəcək. Çünki ABŞ Senatında Leyla Yunusovanın bəhs etdiyi dinləmələr, ümumiyyətlə, nəzərdə tutulmayıb.
Bəs ölkədən qaçmağa uğursuz cəhd göstərən Leyla Yunusovanın qəfildən qondarma “müqavimət hərəkatı” yaratdığını bəyan etməsinin pərdəarxası məqamları hansılardır?
Ermənipərəst Leyla Yunusovanın son çırpıntılarını xüsusi təhlil etməyə lüzum olmasa da, onun özünü, necə deyərlər, oda-közə vurmasının motivləri elə ilk baxışdan bəlli olur: Sülh və Demokratiya İnstitutunun rəhbərini qondarma “müqavimət hərəkatı” yaratmağa təhrik edən başlıca səbəb ona xaricdəki məlum antimilli dairələrdən gələn sifarişlə bağlıdır. Yəni, bu “müqavimət hərəkatı” heç bir halda Azərbaycan cəmiyyətinin sosial-siyasi sifarişi sayıla bilməz.
Məlumdur ki, hazırda Azərbaycan davamlı olaraq həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində öz tarixinin yüksəliş, yeni intibah dövrünü yaşayır. Ölkədə möhkəm daxili sabitlik hökm sürür, vətəndaş həmrəyliyi cəmiyyətin ən üstün dəyəri kimi səciyyələndirilir. Sosial-iqtisadi sahədə böyük uğurlara imza atan respublikamızın, eyni zamanda, beynəlxalq nüfuzu da getdikcə möhkəmlənir. Milli, regional və qlobal maraqları məharətlə uzlaşdıran Azərbaycan beynəlxalq birliyə sanballı töhfələr verən layiqli tərəfdaşa çevrilib. Paralel surətdə Azərbaycanın ordusu da güclənir. Hazırda Azərbaycan Cənubi Qafqazda ən güclü orduya malik ölkədir. Müasir maddi-texniki təchizata, yüksək döyüş hazırlığına malik Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə respublikanın ərazi bütövlüyünü təmin etməyə hər an hazırdır. Əsasən beynəlxalq erməni lobbi şəbəkəsində birləşən məlum antimilli mərkəzləri narahat edən də məhz Azərbaycanın milli maraqlara söykənən siyasət yürütməsi və beynəlxalq aləmdə ölkənin nüfuzunun artması, müsbət imicinin formalaşmasıdır. Azərbaycanın uğurlarını gözü götürməyən dairələr hansı yollarlasa bu uğurlara mane olmağa çalışırlar.
Məlum olduğu kimi, xaricdəki anti-azərbaycançı dairələr ölkəmizə qarşı öz çirkin niyyətlərini bir qayda olaraq “sapı özümüzdən olan baltalar”ın əli ilə həyata keçirməyə çalışırlar. Məlum antimilli mərkəzlərin mətbəxlərində ölkəmizin uğurlarını əngəlləmək, cəmiyyətimizə ləkə atmaq planları cızılır. “Beşinci kolon”un ən fəal üzvlərindən biri Leyla Yunusovanın bu günlərdə bəyan etdiyi “müqavimət hərəkatı” da məhz belə planlardandır. Anti-azərbaycançı şəbəkənin məqsədi beynəlxalq birliyin diqqətini ölkəmizdəki müsbət meyillərdən yayındırmaqdan və belə demək mümkündürsə, gündəmi dəyişməkdən ibarətdir. Guya, Azərbaycanda demokratik dəyərlərə məhəl qoyulmur, vətəndaş cəmiyyətinin təmsilçilərinə meydan verilmir və cəmiyyət “müqavimət hərəkat”ı yaratmaqla buna öz etirazını bildirir.
Leyla Yunusovanı “beşinci kolon”un ən işlək təkərinə çevirən hansı amillərdir?
Həqiqətən də, düşündürücü məqamdır. Nədən Leyla Yunusova “beşinci kolon” xorunda səsinin daha ucadan eşidilməsinə xüsusi səy göstərir? Onu ermənilərdən artıq ermənilik etməyə sövq edən hansı amillərdir?
Əslində, bu sualların cavabını Yunusovlar ailəsinin milli kimliyində, etnik bağlılığında tapmaq mümkündür. Bu gün özünü Azərbaycan cəmiyyətinin “hüquq müdafiəçisi” kimi təqdim edən, reallıqda isə erməni havasına qol götürüb oynadığı aydın sezilən Leyla Yunusova elə erməni ailəsinin gəlinidir. Onun həyat yoldaşı Arif Yunusov Arşalyus Barseqyan adlı erməninin övladıdır. Təbii ki, Yunusovlar ailəsinin çoxlu sayda erməni qohumları var. Onlar tez-tez Ermənistanda, Dağlıq Qarabağda, eləcə də, Rusiya Federasiyasının müxtəlif şəhərlərində yaşayan qohumları ilə təmaslar yaradırlar, görüşürlər.
Beləliklə, Leyla Yunusovanın ermənilərə olan böyük sevgisinin motivləri ortadadır. Təmsil etdiyi ailənin milli kimliyi Leyla Yunusovanın həyat yolunun, fəaliyyət istiqamətinin müəyyənləşməsində əsas amilə çevrilib. Bunun nəticəsidir ki, həyatının bütün dönəmlərində yediyi erməni ailəsinin çörəyinin “halallığını” qaytarmağa çalışıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın Müdafiə Nazirliyində analitik-informasiya şöbəsinə rəhbərlik edən Leyla Yunusova təmsil etdiyi və işğala məruz qalan ölkənin mənafeyini unudaraq Azərbaycanın guya münaqişə bölgəsində ermənilərə qarşı təmizləmə əməliyyatı apardığı barədə bütün dünyaya car çəkirdi, ordumuzun durumu, hərəkət planları barədə düşmən tərəfə məlumatlar sızdırırdı.
1994-cü ildən etibarən Leyla Yunusova ermənilərə xidmət missiyasını vətəndaş cəmiyyətinin təmsilçisi qismində davam etdirir. Xalqımızın, Vətənimizin bədxahları ölkədəki demokratik mühitdən sui-istifadə edərək vaxtaşırı L.Yunusovanın rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunda toplaşır və Azərbaycana qarşı yeni fəaliyyət planları qururlar. Leyla Yunusova Ermənistanın terrorçuluq və işğalçılıq siyasətini müdafiə edən David Şahnazaryanın, Laura Baqdasaryanın, Janna Krikorovanın və digər belələrinin partnyoruna çevrilib. “Hüquq müdafiəçisi”nin Ermənistandakı “Region” araşdırmalar mərkəzi ilə Azərbaycan həqiqətlərini təhrif etməyə yönələn “əməkdaşlığını” yada salaq. Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi zamanı qonaqların gediş-gəlişinin gur olduğu məkanlarda vay-şivən qoparması da onun qəlbindəki erməni ruhunun təzahürü idi.
Leyla Yunusova öz ətrafında müdafiə çəpəri yaratmaq istəyir
Əlbəttə, qondarma “müqavimət hərəkatı” yaratdığını bəyan edən “hüquq müdafiəçisi”ndə qeyri-iradi olaraq özünümüdafiə instinktinin işə düşdüyünü də vurğulamamaq mümkün deyil. Çünki onun əməlləri, ermənilərlə iş birliyi tamamilə faş olunur. Buna görə də kürkünə birə düşən Leyla Yunusova vurnuxur, öz ətrafında müdafiə çəpəri yaratmağa çalışır.
Baş verən son olaylardan sonra ətrafındakı halqanın daraldığını görən və təbii ki, zaman-zaman sərgilədiyi əməllərə görə kürkünə birə düşən Leyla Yunusova “daha bundan o tərəfi yoxdur” deyib öz ermənipərəst simasını açıq şəkildə büruzə verməyə başlayıb.
Leyla Yunusova Azərbaycana qarşı donoslar yazmaqla böyük sərvətə, mal-mülklərə sahiblənib
Mətbuatda xəbər verildiyi kimi, Leyla Yunusovanın Azərbaycandan qaçmasının qarşısı alınarkən onun çamadanında xarici ölkələrdəki mülklərinə dair sənədlər aşkarlanıb. Bundan başqa, Yunusovlar ailəsi ölkədənqaçma planı qurduqları ərəfədə banklardan böyük məbləğdə vəsait çıxartmağa cəhd göstəriblər. Bunlar, Yunusovlar ailəsinin mal-mülk, sərvət siyahısına aid yalnız son vaxtlarda aşkarlanan faktlardır. Necə deyərlər, aysberqin görünməyən tərəfi daha böyükdür. Görəsən, Leyla Yunusova və onun ailəsi həcmi böyük məbləğlərlə ölçülən bu sərvəti hansı yolla əldə edib? Cavab birmənalıdır: Yunusovlar ailəsinin donosbazlığı antimilli dairələr tərəfindən “layiqincə” qiymətləndirilib və sıradan bir “hüquq müdafiəçisi” böyük sərvət, mal-mülk sahibinə çevrilib.
Leyla Yunusovanın “müqavimət hərəkatı” blefdir
Və sonda qeyd edək ki, Leyla Yunusovanın qondarma “müqavimət hərəkatı”nı bəyan etməsi Azərbaycan cəmiyyətində haqlı etirazla qarşılanıb. İnsanlar ermənipərəst “hüquq müdafiəçisi”nin xaricdəki antimilli mərkəzlərdən aldığı sifariş əsasında xalqa qarşı savaş açmasını kəskin şəkildə qınayırlar. Bu, bir daha onu deməyə əsas verir ki, qondarma “müqavimət hərəkatı”na Azərbaycan cəmiyyətində yer olmayacaq və ermənipərəst Leyla Yunusova kimilərinin ölkədə bərqərar olan möhkəm vətəndaş həmrəyliyinə zərər vurmaq cəhdləri heç bir nəticə verməyəcək!
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1216 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30