Siyavuş Novruzov: Azərbaycan regionda ən güclü, ən qüdrətli orduya malikdir
12.07.2014 [11:23]
Azərbaycan təkcə Cənubi Qafqazda deyil, bütövlükdə regionda ən güclü, ən qüdrətli orduya malikdir. Bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov iyulun 10-da Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycanda ordu quruculuğu barədə fikirlərini şərh edərkən deyib.
S.Novruzov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən iclasda Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, indiki vəziyyəti, həmçinin Azərbaycan Ordusunun hazırlıq səviyyəsi hərtərəfli əhatə olunub: “Elə bir neçə gün öncə Azərbaycan Ordusu işğal olunmuş ərazilərə yaxın yerdə irimiqyaslı təlimlər keçirib. Bura 10 mindən artıq canlı qüvvə, o cümlədən yeni hərbi texnikalar, havadan müdafiə sistemi, hava hücumu sistemi və digər qurğular cəlb olunmuşdu. Bu da Ermənistanı çox narahat edib. Ermənistanın həm siyasi, həm də hərbi dairələri böyük narahatlıq keçirir. Bu, Ermənistan mətbuatında çox geniş yer alıb. Cənab Prezidentin Azərbaycan Ordusunun mövcud vəziyyəti, onun təchizatı, təlimləri, hazırlığı haqqında dediyi fikirlər də bunun bilavasitə sübutudur. Naxçıvan Hərbi Qarnizonunda, eləcə də cənab Prezidentin Özünün iştirakı ilə Silahlı Qüvvələr Günü münasibətilə Bakı Qarnizonunda keçirilən təlimlər göstərir ki, Azərbaycan təkcə Cənubi Qafqazda deyil, bütövlükdə regionda ən güclü, ən qüdrətli orduya malikdir”.
Onun fikrincə, bu bir daha sübut edir ki, Prezidentin xalqla birgə keçirdiyi islahatlar xalq tərəfindən dəstəklənir: “İstər daxili, istər xarici siyasətdə, istər iqtisadiyyatda, istərsə də ordu quruculuğunda görülən işlər bunun bariz nümunəsidir”.
Xəbər lenti
Hamısına baxSosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20

