“Siyasi partiyalar haqqında” qanun layihəsi yeni variantda
02.12.2022 [10:02]
Dəyişikliklər müsbət xarakter daşıyır
“Siyasi partiyalar haqqında” qanun layihəsi Milli Məclisdə ilkin oxunuşda qəbul edilib. 6 fəsil və 30 maddədən ibarət qanun layihəsinin ilkin variantı ilə bağlı keçirilən ictimai müzakirələrdən sonra layihədə bir sıra dəyişikliklər edilib. Seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəalar layihədən çıxarılıb. Eyni zamanda, Azərbaycanda ilk dəfə dövlət hər hansı kvota qoymadan, yəni 3 faizlik baryer müəyyənləşdirmədən seçki prosesinə marağı artırmaq və beləliklə, siyasi rəqabəti, təbliğat və təşviqat prosesini genişləndirmək üçün Avropa siyasi təcrübəsində geniş tətbiq olunan bir model qanunvericiliyə daxil edilib. Layihənin ilkin variantında dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10 000 üzvünün olması tələb edilirdisə, yekun variantında bu tələb 5000-ə endirilib.
Qeyd edilməlidir ki, layihə ilkin variantda ictimai müzakirəyə çıxarılmışdı və irəli sürülən təklfilər də bu dəyişikliklərdə nəzərə alınıb. Yeni sənədin Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına, dövlətlə siyasi partiyalar arasında səmərəli əməkdaşlığa, siyasi partiyalar arasında qarşılıqlı faydalı dialoqa öz töhfəsini verəcəyi gözlənilir.
Fəzail Ağamalı: Yeni qanun layihəsi kifayət qədər təkmilləşmiş şəkildə müzakirəyə təqdim olunub
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, “Siyasi partiyalar haqqında” qanun layihəsi kifayət qədər ciddi xarakter daşıyan, siyasi partiyaların siyasi sistemdə yerinin və rolunun güclənməsinə imkanlar yaradan bir layihədir. Partiya sədrinin fikrincə, siyasi partiyalar siyasi proseslərin ən fəal iştirakçılarıdır: “Yeni qanun layihəsində müasir çağırışlar, Azərbaycanın siyasi sisteminin inkişafı da nəzərə alınmaqla tamam yeni yanaşmalar öz əksini tapıb. Yeni layihə ilə tanış olduqda bu nəticəyə gəlmək mümkündür ki, qanun layihəsi kifayət qədər ciddi hazırlanıb, müasir tələblərə cavab verir. Plenar iclasa təqdim olunan yeni qanun layihəsi müzakirədən keçərək kifayət qədər təkmilləşmiş şəkildə müzakirəyə təqdim olunub. Eyni zamanda, qanun layihəsi, həm də ölkə Prezidenti tərəfindən aparılan və ardıcıl xarakter daşıyan siyasi islahatların tərkib hissəsidir. Əminəm ki, bu sənəd Azərbaycanın siyasi sistemində siyasi partiyaların yerinin və rolunun müəyyənləşməsində, siyasi baxışlarından asılı olmayaraq Azərbaycan dövlətçiliynə əhəmiyyətli töhfələri ilə seçiləcək”.
Layihəyə edilən dəyişikliklərin təkmilləşdirmə ilə bağlı olduğunu bildirən partiya sədri bunu normal hesab edib. “Layihə ilə bağlı ictimai müzakirələr zamanı, parlamentin müvafiq komitəsində, plenar iclaslarda müxtəlif təkliflər səsləndirilib. Bu gözlənilən idi. Bəlli olduğu kimi, yeni layihə hazırlanan zaman Venesiya Komissiyasının yanaşmaları, eləcə də bir sıra dövlətlərin təcrübəsi də nəzərdən keçirilib. Eyni zamanda, irəli sürülən təkliflər də nəzərə alınıb. Bütün bunlar isə qanun layihəsinin yüksək səviyyədə olması üçün əsaslar yaradır”, - deyə F.Ağamalı əlavə edib.
Əsli Kazımova: Məqsəd təkmil və bütün siyasi palitranın maraqlarını özündə ehtiva edən qanunun qəbuluna nail olmaqdır
“Son bir neçə ildə Azərbaycanda aparılan siyasi islahatlar siyasi mühitin inkişafına müsbət mənada mühüm təsirlər göstərib. Yaranan yeni siyasi reallıqlar isə yeni çağırışları formalaşdırıb. Bu çağırışların biri də “Siyasi partiyalar haqqında” qanunvericiliyin daha təkmil, dövrün tələblərinə cavab verəcək səviyyədə olmasıdır”.
Bu fikirləri açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Partiya sədri bildirib ki, mövcud qanun 30 il bundan əvvəl - 1992-ci ildə qəbul edilib. Bu mənada, qanunun yenilənməsinə ehtiyac duyulur. “Bu qanun layihəsi ilə bağlı parlamentdə dinləmələr keçirildi. Orada da vurğulandı ki, qanunun hazırlanmasında Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələri də nəzərə alınıb. Qanunun hazırlanması ilə məşğul olan ekspert Komissiyası tərəfindən iyirmi ölkənin bu sahədəki təcrübəsi diqqətlə öyrənilib və araşdırılıb. Qanun layihəsinin hazırlanmasında ölkənin siyasi partiyalarından gələn təkliflər də mühüm rol oynayıb. İrəli sürülən təkliflər əsasında qanun layihəsində bir sıra mühüm dəyişikliklər edilib”, - deyən Ə.Kazımova vurğulayıb ki, ölkədə siyasi partiyalar arasındakı münasibətlər də yeni məcraya qədəm qoyur. Siyasi sistemin formalaşmasında, inkişafında əsas komponent olaraq məhz siyasi partiyalar çıxış edir. Yeni qanunun qəbulu da siyasi sistemin daha da inkişaf etdirilməsinə, möhkəmlənməsinə xidmət göstərəcək: “Bu baxımdan, dinləmələr zamanı da irəli sürülən təkliflərin nəzərə alınması və hətta layihədə müəyən dəyişikliklərin edilməsi təbii qarşılanmalıdır. Məqsəd, tam təkmil və bütün siyasi palitranın maraqlarını özündə ehtiva edən qanunun qəbuluna nail olmaqdır. İnanıram ki, nəticə etibarı ilə belə bir qanun layihəsinin qəbuluna nail olacağıq”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11
YAP xəbərləri
07 Noyabr 16:09
Xəbər lenti
07 Noyabr 15:44
Xəbər lenti
07 Noyabr 15:32
Dünya
07 Noyabr 15:29
Sosial
07 Noyabr 14:46
İqtisadiyyat
07 Noyabr 14:44
İqtisadiyyat
07 Noyabr 14:43
YAP xəbərləri
07 Noyabr 14:08
Dünya
07 Noyabr 13:47
Gündəm
07 Noyabr 13:41
Mədəniyyət
07 Noyabr 13:21
YAP xəbərləri
07 Noyabr 12:27
Gündəm
07 Noyabr 11:41

