/ / Şeyxülislam Allahşükür Paşazadə: Din xadimləri öz fikirlərini xalqa çatdırmaq üçün savadlı olmalıdırlar
Şeyxülislam Allahşükür Paşazadə: Din xadimləri öz fikirlərini xalqa çatdırmaq üçün savadlı olmalıdırlar
22.07.2016 [10:00]
Müstəqil Azərbaycan bu gün öz daxili və xarici siyasəti, təbii sərvətləri ilə nəinki Qafqazın, eləcə də dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib. Ölkəmizdə milli mənəvi, əxlaqi dəyərlərə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Respublikamızın sürətli inkişafı Azərbaycan rəhbərliyinin müdrik siyasətinin bəhrəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının iyulun 21-də Zaqatala şəhərində dini icma rəhbərləri ilə keçirdikləri görüşdə səsləndirilib.
Qafqaz Müsəlmanları İdarəsinin, Dövlət Komitəsinin və Zaqatala rayon İcra Hakimiyyətinin rəsmiləri əvvəlcə Ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra İcra Hakimiyyətində aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə görüş keçirilib.
Şeyxülislam Allahşükür Paşazadə və onu müşayiət edən şəxslər Zaqatala Şəhər Cümə Məscidinə gəlib, namaz qılıb, dualar ediblər.
Daha sonra Bakı İslam Universitetinin Zaqatala filialında rayonda fəaliyyət göstərən dini icma rəhbərləri və dindarlarla görüş olub. Görüşü rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açaraq, Zaqatalada mövcud dini durum barədə məlumat verib. Bildirilib ki, rayonda hazırda 42 məscid fəaliyyət göstərir, 32 dini icma rəsmi olaraq qeydiyyatdan keçib. Vurğulanıb ki, qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlər əhali tərəfindən razılıqla qarşılanır.
Zaqatala rayonunda bir neçə dəfə olduğunu xatırladan şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Azərbaycanın bütün rayonları kimi, Zaqatala da sürətlə inkişaf edir. QMİ-nin sədri deyib ki, bölgəyə budəfəki səfərinin məqsədi bu rayonlarda mənəvi həyatın necə inkişaf etdiyini öz gözləri ilə görmək, din xadimlərinin insanlara necə xidmət etmələri, müqəddəs “Qurani-Kərim”i xalqa necə çatdırmaları ilə əyani tanış olmaqdır.
Sovet dövründə dini təhsil verən ali məktəblərin açılmasının necə çətin olduğunu diqqətə çatdıran QMİ-nin sədri, bu baxımdan Azərbaycanın rayonları içərisində yeganə olaraq Zaqatalada fəaliyyət göstərən Bakı İslam Universitetinin filialının çox böyük əhəmiyyət daşıdığını bildirib.
Savadlı din xadimlərinə böyük ehtiyac duyulduğunu vurğulayan Allahşükür Paşazadə deyib: “Sovet vaxtında və sonrakı dövrlərdə din xadimləri ancaq namaz qılmaq, oruc tutmaq və dua verməklə öz işlərini bitmiş hesab edirdilər. Ancaq indi cəmiyyət də, dünyadakı vəziyyət də sürətlə dəyişir. Bəzi qüvvələr dinimizə qarşı məzhəb ayrı-seçkiliyi salmaq üçün hər cür təxribata əl atırlar. Ona görə də din xadimlərimiz savadlı olmalıdırlar ki, öz sözlərini xalqa çatdıra bilsinlər”.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, hazırda dünyada olan münaqişələrin böyük hissəsi təəssüf ki, müsəlman dünyasına aiddir və bu, hər birimizi narahat edir. Komitə sədri İslam dünyasında belə hadisələrin baş verməməsi üçün əməli tədbirlərin həyata keçirilməsinin vacibliyini önə çəkib.
Vurğulanıb ki, müstəqilliyimizin bərpasından sonra ölkəmizdə bütün sahələr üzrə dövlətin siyasəti müəyyən edilib, istiqamətlər müəyyənləşdirilib. Azərbaycanın uğurları göz önündədir və bu uğurlar bölgələrin timsalında da aydın hiss olunur.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, müfti Salman Musayev çıxış edərək, dövlətimizin dindarlar üçün hər cür şərait yaratdığını bildirib, din adamlarına bunu layiqincə qiymətləndirmələrini tövsiyə edib.
Görüşdə QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadənin müvafiq əmri ilə Zaqatala-Balakən bölgə qazisi vəzifəsində çalışan İbrahim İbrahimovun Balakən rayonunun qazisi vəzifəsinə, Zaqatala rayonunun qazisi vəzifəsinə isə Malik Bilalovun təyin edildiyi bildirilib.
Günün ikinci yarısında şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və onları müşayiət edən şəxslər Balakən rayonunda da olublar.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb.
Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra hakimiyyəti başçısının birinci müavini Azad Balayev Balakəndə mövcud dini durum barədə məlumat verib.
Sonra şeyxülislam Allahşükür Paşazadə və komitə sədri Mübariz Qurbanlı Balakən şəhər məscidində dindarlarla görüşüb, məscidlərin imamlarına, dini icmaların rəhbərlərinə tövsiyələrini veriblər.
Xəbər lenti
Hamısına baxHadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10

