Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ilin altı ayında görülmüş işlər müzakirə olunub
19.07.2018 [09:44]
İyulun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində cari ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib. Bu barədə AZƏRTAC-a komitədən məlumat verilib.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı toplantını açaraq Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasa diqqəti cəlb edib. Ötən 6 ay ərzində ölkəmizdə qarşıda duran bütün vəzifələrin uğurla icra edildiyini deyən Dövlət Komitəsinin sədri Azərbaycanın iqtisadi və beynəlxalq siyasət sahələrində uğurlar əldə etdiyini vurğulayıb. Bu ilin dövlət başçısı tərəfindən ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini diqqətə çatdıran Mübariz Qurbanlı bu münasibətlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini icmaların üzvləri arasında məqalə müsabiqəsi və tədbirlərin keçirildiyini, eləcə də “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” mövzusunda kitabın nəşr edildiyini bildirib. Mübariz Qurbanlı hesabat dövründə dini durumun öyrənilməsi, dini icmaların fəaliyyətinə nəzarətin gücləndirilməsi, radikal cərəyan və təriqətlərin fəaliyyətinin aşkarlanması, dini obyektlərin tikintisi barədə məlumatların yenilənməsi, dini təhsil müəssisələrinin fəaliyyətinin araşdırılması və əlamətdar dini mərasimlərlə bağlı tədbirlər görüldüyünü bildirib. Qeyd edib ki, din adı ilə milli və dövlət maraqlarımıza zidd, milli mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasına qarşı mümkün vasitələrlə mübarizə davam etdirilib, bu istiqamətdə Qafqaz Müsəlmanları İdarəsi, hüquq-mühafizə orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və digər qurumlarla birlikdə maarifləndirici, profilaktik və inzibati tədbirlər həyata keçirilib. Komitə sədri milli mənəvi dəyərlərimizə və mütərəqqi tarixi ənənələrimizə hər zaman yüksək qiymət və dəstək göstərən Prezident İlham Əliyevin müvafiq Fərman və Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını, eyni zamanda, Dövlət Komitəsinə olan yüksək etimadın göstəricisi kimi dəyərləndirib. Sözügedən qurumların ölkəmizdə yüksək dini-mənəvi mühitin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində fəaliyyətə başladıqlarını bildirib.
Daha sonra Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov hesabat məruzəsi ilə çıxış edib. Sədr müavini komitə tərəfindən respublikada dini durumu dərindən öyrənmək, dini prosesləri izləmək, əsas tendensiyaları müəyyənləşdirmək, radikal dini cərəyanların fəaliyyətinin qarşısını almaq, ölkədəki dini vəziyyətlə bağlı informasiya fondunu genişləndirmək, dini qurumlarla əməkdaşlığın qurulmasını təmin etmək istiqamətində keçirilən müvafiq tədbirlər barədə danışıb. Gündüz İsmayılov son hesablamalara görə, ölkə ərazisində 2248 məscidin olduğunu, bunlardan 211-nin Naxçıvan Muxtar Respublikasının payına düşdüyünü qeyd edib. O, 778 məscidin dini icmasının Dövlət Komitəsində qeydiyyatdan keçdiyini bildirib. Hesabat dövründə dini qurumların dövlət qeydiyyatına alınması ilə bağlı 60 müraciətin (57 İslam, 3 qeyri-islam təmayüllü) daxil olduğu, 7 dini qurumun sənədləri qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarıldığı, ümumilikdə 16 dini icmanın (13 İslam, 3 qeyri-islam təmayüllü) dövlət qeydiyyatına alındığı diqqətə çatdırılıb. Cari ildə Dövlət Komitəsi tərəfindən Ramazan ayı ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər barədə də danışan sədr müavini ay boyunca dini durumun nəzarətdə saxlanıldığını, məscid və ziyarətgahlarda mütəmadi monitorinqlərin aparıldığını, bütün dini icmaların QMİ-nin rəsmi dini təqviminə uyğun fəaliyyət göstərməsinin mütəmadi diqqət mərkəzində saxlanıldığını deyib. Gündüz İsmayılov ölkədə dini duruma mənfi təsir göstərə biləcək zərərli dini təyinatlı ədəbiyyatın aşkarlanması, siyahısının hazırlanması və təkmilləşdirilməsi sahəsində işin davam etdirildiyini, idxalla bağlı 2018-ci ilin yanvar-iyun ayları ərzində Dövlət Komitəsinə daxil olan müraciətlər əsasında 483 adda dini məzmunlu ədəbiyyatdan dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 19 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısının alındığını bildirib. Əlavə edib ki, ölkədə nəşr olunmaq məqsədilə təqdim edilmiş 104 adda dini ədəbiyyatın 22-sinin çapı məqsədəuyğun sayılmayıb. 171 adda (253010 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib. Hüquq-mühafizə orqanları tərəfindən müsadirə olunaraq Dövlət Komitəsinə göndərilən 224 adda dini təyinatlı ədəbiyyat və məmulat materiallarından 56-sının zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilib. Sədr müavini Dövlət Komitəsinin ötən müddət ərzində hüquq-mühafizə orqanları ilə birgə qeyri-ənənəvi dini cərəyan mənsublarının qanunsuz fəaliyyətlərinə, eləcə də ixtisaslaşmış satış məntəqələrindən kənarda dini ədəbiyyat nümunələrinin satışının həyata keçirilməsinə qarşı inzibati tədbirləri intensiv şəkildə davam etdirdiyini deyib. Əlavə edib ki, imzalanmış tədbirlər planları çərçivəsində Dövlət Komitəsinin Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə onlarla tədbir həyata keçirilib. Sədr müavini, həmçinin Azərbaycanda tolerantlıq ənənələri, dözümlülük, dinc birgəyaşayış mədəniyyətinin beynəlxalq aləmdə təbliği, eləcə də dini ekstremizm və terrorizm kimi bəşəriyyəti narahat edən problemlərdən birgə çıxış yolları axtarmaq məqsədilə keçirilən beynəlxalq tədbirlər barədə də danışıb. Ölkəmizin tolerantlıq və multikultural dəyərlərinin ölkə xaricində təbliğ edilməsi məqsədilə “Müsəlman Dünyası Bu Gün” (Muslim World Today) adlı internet platformasında, eyni zamanda, “Yerusəlim Post”, Pakistanın “Morning Mail” kimi nüfuzlu onlayn qəzetlərində yazı və məqalələrlə çıxışlar edildiyini vurğulayıb.
Daha sonra məruzəsi dinlənilən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Fondun mənəvi dəyərlərin təbliği işinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən söz açıb. Diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin 27 mart 2018-ci il tarixli Sərəncamı ilə Fonda ayrılan vəsait hesabına ölkəmizdə mənəvi dəyərləri təbliğ edən şəxslər qismində Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi olaraq təyinat alıb, ümumi sayı 1068 nəfər olan imam, imam müavini və mütəvəllilərə maddi dəstək göstərilir. Mənəvi dəyərləri təbliğ etmək məqsədilə Fond tərəfindən Ramazan ayında Azərbaycanın bir sıra şəhər və rayonlarında Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin ailə üzvlərinin və müharibə veteranlarının iştirakı ilə 13 iftar süfrəsi təşkil olunub. Bununla yanaşı, Ramazan bayramı ərəfəsində Fond tərəfindən Azərbaycanın müxtəlif regionlarından ümumilikdə 66 şəhid ailəsinə ərzaq yardımı edilib. Fondun tərkibində Mənəvi Dəyərlərin Təbliği üzrə Məşvərətçi Komitənin yaradıldığını bildirən icraçı direktor mənəvi dəyərlərin və Azərbaycançılıq məfkurəsinin təbliği ilə bağlı maarifləndirici tədbirlərin, müxtəlif fond və mərkəzlərlə birgə seminar, konfrans və xeyriyyəçilik fəaliyyətinin təşkili, kitab nəşri, eyni zamanda, mənəvi dəyərlərlə bağlı televiziya kanallarında və radiolarda veriliş və sosial çarxların verilməsi istiqamətində işlərin davam etdirildiyini deyib.
DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev çıxışında Gəncə şəhərində dini durumun tam sabit olduğunu, vətəndaşlara dini ayinləri sərbəst şəkildə icra etmələri üçün lazımi şərait yaradıldığını deyib. Bildirib ki, dindarlar dövlət tərəfindən onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirir və dövlətçilik prinsiplərinə həmişə olduğu kimi indi də sədaqət nümayiş etdirirlər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov çıxış edərək ölkəmizin konfessiyalararası və məzhəblərarası münasibətlər baxımından nümunəvi mühitə malik olduğunu bildirib. Qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən dini icmalara göstərilən qayğı, onların fəaliyyəti üçün geniş imkanların yaradılması hakimiyyətin milli mənəvi dəyərlərimizə olan yüksək münasibətinin bariz nümunəsidir.
Etibar Nəcəfov dini maarifləndirmə, İslam və qeyri-islam dini icmaları ilə iş, qanunvericiliyin təkmilləşdirilməsi, dini sahə ilə bağlı qurumlar arasında əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq qurumların ölkəmizdəki dini durumla bağlı hesabatlarına diqqətin artırılması və digər məsələlərlə bağlı fikirlərini bildirib və müvafiq tövsiyələr verib. Dini maarifləndirmə sahəsində Dövlət Komitəsinin dəstəyi ilə yayımlanan televiziya verilişlərinin əhəmiyyətini yüksək qiymətləndirərək bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıb. Dövlət-din münasibətlərinin tənzimlənməsi, dövlətin nəzarət tədbirlərinin artırılması, eləcə də fəaliyyətdə çevikliyin təmin olunması üçün qanunvericilik bazasında düzəliş və əlavələrin edilməsinin zəruriliyini diqqətə çatdırıb.
Sonda Dövlət Komitəsinin 2018-ci ilin növbəti 6 ayı üçün fəaliyyət planı və qarşıya qoyulan məqsədlər, görüləcək işlər, problem və perspektivlər geniş müzakirə edilib. Qarşıdan gələn Məhərrəm ayı ilə bağlı müvafiq işlərin görülməsi barədə Dövlət Komitəsinin bölgə şöbələrinə müvafiq tapşırıqlar verilib.
Xəbər lenti
Hamısına baxSiyasət
05 Dekabr 09:53
Hadisə
05 Dekabr 09:53
Gündəm
05 Dekabr 09:52
Gündəm
05 Dekabr 09:49
Gündəm
05 Dekabr 09:47
Siyasət
05 Dekabr 09:38
Siyasət
05 Dekabr 09:37
Siyasət
05 Dekabr 09:28
Siyasət
05 Dekabr 09:25
Siyasət
05 Dekabr 09:21
İqtisadiyyat
05 Dekabr 09:12
İqtisadiyyat
05 Dekabr 09:10
Siyasət
05 Dekabr 09:08
MEDİA
05 Dekabr 09:05
Analitik
05 Dekabr 09:03
Siyasət
05 Dekabr 09:01
Analitik
05 Dekabr 08:58
Dünya
05 Dekabr 08:56
Analitik
05 Dekabr 08:54
Dünya
05 Dekabr 08:51
Maraqlı
05 Dekabr 08:49
Sosial
05 Dekabr 08:45
İdman
04 Dekabr 23:51
Dünya
04 Dekabr 23:35
Elm
04 Dekabr 23:16
Siyasət
04 Dekabr 22:49
Dünya
04 Dekabr 22:31
Sosial
04 Dekabr 22:16
Mədəniyyət
04 Dekabr 21:52
Elm
04 Dekabr 21:39
Sosial
04 Dekabr 21:17
Elm
04 Dekabr 20:56
İqtisadiyyat
04 Dekabr 20:38
İqtisadiyyat
04 Dekabr 20:15
Siyasət
04 Dekabr 19:53
Mədəniyyət
04 Dekabr 19:32
Sosial
04 Dekabr 19:14
YAP xəbərləri
04 Dekabr 18:17
Ədəbiyyat
04 Dekabr 18:16
İdman
04 Dekabr 18:12
Siyasət
04 Dekabr 17:09
İdman
04 Dekabr 17:04
Dünya
04 Dekabr 17:03
Dünya
04 Dekabr 17:02
Sosial
04 Dekabr 17:02
Siyasət
04 Dekabr 16:54
Sosial
04 Dekabr 16:53
Sosial
04 Dekabr 16:32
Dünya
04 Dekabr 16:27
Mədəniyyət
04 Dekabr 16:26
Mədəniyyət
04 Dekabr 15:45
Gündəm
04 Dekabr 15:02
Sosial
04 Dekabr 14:59
Dünya
04 Dekabr 14:39
Siyasət
04 Dekabr 14:33
Siyasət
04 Dekabr 13:22
İdman
04 Dekabr 13:10
Dünya
04 Dekabr 12:59
Gündəm
04 Dekabr 12:47
Sosial
04 Dekabr 12:36
Xəbər lenti
04 Dekabr 12:10
İqtisadiyyat
04 Dekabr 11:21
Siyasət
04 Dekabr 11:14
Mədəniyyət
04 Dekabr 11:10
Dünya
04 Dekabr 11:09
Siyasət
04 Dekabr 10:57
Siyasət
04 Dekabr 10:52
Sosial
04 Dekabr 10:52
Mədəniyyət
04 Dekabr 10:48
İqtisadiyyat
04 Dekabr 10:48