Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Tədqiqatçılar insan səsindən hipertoniyanı aşkar etməyin yolunu tapıblar

Tədqiqatçılar insan səsindən hipertoniyanı aşkar etməyin yolunu tapıblar

12.09.2024 [09:00]

Kanadalı alimlər insanların səs qeydlərindən istifadə edərək yüksək qan təzyiqi olaraq da bilinən hipertoniyanı təsbit edə bilən süni intellektə əsaslanan bir üsul tapdıqlarını açıqlayıblar.

AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, Kanadada “Klick Labs” tərəfindən aparılan araşdırmada iştirak edən 245 nəfərdən alimlərin hazırladığı mobil proqramda 2 həftə ərzində gündə 6 dəfə səslərini qeyd etmələri istənilib.

Təcrübədə tədqiqatçılar yüzlərlə səs biomarkerini təhlil etmək üçün süni intellekt alqoritmlərindən istifadə ediblər ki, bu da onlara insan qulağının ayırd edə bilmədiyi səs məlumatlarını, məsələn, səsin yüksəkliyindəki dəyişkənliyi xarakterizə edən məlumatları çıxarmağa imkan verir. Bildirilib ki, mobil tətbiq hipertoniyanı qadınlarda 84 faizə, kişilərdə isə 77 faizə qədər dəqiqliklə müəyyən edir.

Tədqiqatın aparıcı müəllifi Yan Fossat bildirib: “Biz hipertoniyanı aşkarlamaq üçün daha əlçatan bir üsul kəşf etdik. Ümid edirik ki, texnika bu ümumi qlobal sağlamlıq probleminə daha tez müdaxilə etməyə imkan verəcək”.

Araşdırmanın təfərrüatları “IEEE Access” jurnalında dərc olunub.

Paylaş:
Baxılıb: 731 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30