Martinika: Etirazların və səfalətin kökündə dayanan 350 illik vergi
30.09.2024 [08:39]
Fransanın dənizaşırı Martinika departamentində ötən həftə başlayan etirazların kökü yenə də bir neçə əsr geriyə, müstəmləkəçiliyin ilk dövrlərinə nəzər yetirmək lazım gəlir.
AZƏRTAC Fransa Milli Statistika İnstitutuna (INSEE) istinadla xəbər verir ki, 2023-cü ildə Martinikada qiymətlər metropol Fransa ilə (Fransanın Avropadakı ərazisi) müqayisədə 40 faiz baha olub. Bunun səbəbi isə fransızların təbirincə desək, “dənizin töhfəsi”dir. Iqtisadi dillə desək, dəniz vergisi.
Dəniz vergisi hələ 1670-ci ildə, XIV Lüdovikin maliyyə nəzarətçisi Jan-Batist Kolber tərəfindən tətbiq edilib. Kolber o zaman kralı inandırmışdı ki, bu vergi sayəsində adanın saxlanma xərcləri qarşılanacaq.
O vaxtdan Fransada bir-birini əvəz edən siyasi rejimlər bu vergini nəinki azaldıb, tam əksinə, vergiyə cəlb olunan malların siyahısını genişləndirilib. Hazırda min səhifəlik siyahıda müxtəlif nomenklatura və kateqoriyalar üzrə 5900 məhsul yer alır.
Bəzi illərdə Martinikada büdcəsinin 50 faizi bu vergi hesabına formalaşıb. Məsələn, yerli istehsal olan biskvitə 2 faiz vergi tətbiq olunduğu halda, idxal məhsula 15 faiz tətbiq edilir. Parisdə 2,80 avro olan peçenye Martinikada 10,69 avroyadır.
Dəniz vergisi Martinika ilə paralel olaraq Fransa Qvianası, Mayot, Qvadalupa və Reünyonda da tətbiq edilir və tətbiq olunduğu bütün regionlarda qiymət artımına səbəb olur. Yerli əhali Martinikada istehsalı mövcud olmayan məhsullara ifrat vergi tətbiqini absurd hesab edir. Fransanın Hesablama Palatası da bu vergini bahalığın başlıca səbəblərindən biri kimi göstərir.
Verginin ləğvi ilə bağlı fikirlər səsləndirilsə də, ortada konkret addım yoxdur.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

