Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Milanda 75-ci Beynəlxalq Astronavtika Konqresi keçirilir

Milanda 75-ci Beynəlxalq Astronavtika Konqresi keçirilir

14.10.2024 [17:45]

Oktyabrın 14-dən İtaliyanın Milan şəhərində 75-ci Beynəlxalq Astronavtika Konqresi öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, “Dayanıqlılıq naminə kosmik məsuliyyət” mövzusunda keçirilən konqresin açılış mərasimində İtaliya Prezidenti Sercio Mattarella iştirak edib. İtaliyanın Aeronavtika və Astronavtika Assosiasiyasının prezidenti Erasmo Karreranın və İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun çıxışları dinləniib.

Avropa Kosmik Agentliyinin (ESA) italiyalı astronavtı Samanta Kristoforetti çıxış edib və öz təcrübəsini bölüşüb. Oktyabrın 18-dək davam edəcək konqresdə kosmik sahədə qazanılan uğurlar və yeni trendlər müzakirə olunacaq. Konqresdə 120 ölkədən 11 mindən çox nümayəndə iştirak edir.

Qeyd edək ki, konqresdə Azərbaycanı “Azərkosmos”un nümayəndə heyəti təmsil edir. Həmçinin konqresə ölkəmizdən 52 tələbə, gənc mütəxəssis və alimdən ibarət milli elmi komanda qatılıb.

Xatırladaq ki, 74-cü Beynəlxalq Astronavtika Konqresinə ötən il Bakı ev sahibliyi edib.

Paylaş:
Baxılıb: 702 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30