Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Şri-Lankada qatar fil sürüsü ilə toqquşub

Şri-Lankada qatar fil sürüsü ilə toqquşub

18.10.2024 [14:09]

Şri-Lankanın şərqində neft daşıyan qatar vəhşi fil sürüsü ilə toqquşub.

AZƏRTAC “Daily Mirror” qəzetinə istinadla xəbər verir ki, hadisə ölkənin şərqindəki Battikaloa-Kolombo dəmiryol xəttində baş verib.

Qəza nəticəsində iki fil ölüb, bir neçə heyvan yaralanıb, lokomotiv və dörd neft çəni isə relsdən çıxıb. İnsidentlə bağlı dəmiryol xəttinin müvafiq hissəsində qatarların hərəkəti dayandırılıb. Qəzanın nəticələrinin bir neçə gün ərzində aradan qaldırılacağı bildirilir.

Şri-Lankada fillər müqəddəs hesab edilir və qanunla qorunur. Lakin ölkədə hər il 200-ə yaxın fil qatarların altında qalaraq və ya torpaqlarını heyvanların hücumundan qoruyan fermerlərin gülləsinə tuş gələrək ölür. Eyni zamanda, hər il təxminən 50 nəfər fillərin hücumu nəticəsində həlak olur.

Hakimiyyət orqanlarının məlumatına görə, hazırda Şri-Lankada təxminən 7 minə yaxın fil var.

Paylaş:
Baxılıb: 309 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30