Xəyallarının ardınca gedənlər...
26.10.2024 [10:32]
Yaxud Qərbin miqrantlara yaşatdığı məşəqqətli həyat
Bu gün Avropa İttifaqı (Aİ) məkanına daxil olan ölkələrin, eləcə də Amerika Birləşmiş Ştatlarının (ABŞ) çoxsaylı problemlərindən biri miqrantlarla bağlıdır. Bir vaxtlar miqrantlara qucaq açan kollektiv Qərb indi tamam fərqli mövqedən çıxış edir. Etiraf olunur ki, artıq qlobal Qərb miqrant problemi ilə bağlı effektiv siyasət həyata keçirməkdə acizdir. İş o yerə çatıb ki, bir sıra hallarda yerli icmalarla çağırılmamış qonaqlar arasında açıq münaqişələr yaranır və bu münaqişələrin qarşısını almaqdan ötrü güc strukturları hərəkətə keçirlər. Vəziyyət getdikcə daha da kəskin hal alır.
BMT-nin kədərli təəssüratlar oyadan hesabatı
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMMYK) 2023-cü ildə qlobal olaraq vətəndaşlığı olmayan və ya olmadan yaşayan şəxslərə dair yeni hesabatını yayıb. Sənəddə ötən il dünya üzrə vətəndaşlığı olmadan yaşayan insanların sayının 4,4 milyon olduğu açıqlanıb.
Burada BMT tərəfindən vətəndaşsızlığa qarşı başladılan 10 illik təşəbbüsün böyük nailiyyətlər gətirdiyi, lakin daha çox tədbirə ehtiyac olduğu vurğulanıb. Vətəndaşlıq hüquqlarından məhrum edilən 500 mindən çox şəxsin BMT-nin 2014-cü ildə “IBelong” şüarı ilə başladığı təşəbbüs sayəsində vətəndaşlıq əldə etdiyi bildirilib.
Hesabatda “Böyük bir insan hüquqları pozuntusu olan vətəndaşsızlıq fərdləri əsas hüquqlardan məhrum edərək onları siyasi və iqtisadi cəhətdən kənarlaşdırır, sağlamlıq və təhsil kimi mühüm xidmətlərə çıxışı məhdudlaşdırır. Bu insanlar ayrı-seçkiliyə məruz qalır, xüsusilə istismar və təcavüzə qarşı müdafiəsiz olurlar”, - deyə qeyd edilib.
Hesabatda, həmçinin “dünya üzrə təxminən 1,3 milyon vətəndaşlığı olmayan insan isə yerindən edilib” ifadələri işlədilib.
Hansı ölkəyə daha çox miqrant üz tutur?
Amerika Birləşmiş Ştatları qlobal Qərbdə miqrantların ən çox üz tutduğu ölkələrdən biridir. ABŞ Sərhəd Patrulu 2024-cü maliyyə ili ərzində Kanada sərhədindəki Suonton sektorunda 19,2 mindən çox sənədsiz miqrantı saxlayıb. Bu barədə sektorun baş sərhəd xidmət agenti Robert Qarsiya sosial şəbəkədə bildirib.
“Suonton sektoru sərhəd xidməti agentləri 1 oktyabr 2023-cü ildən etibarən 97 müxtəlif ölkədən 19,2 mindən çox insanı saxlayıb ki, bu da son 17 ilin ümumi göstəricilərindən çoxdur”, - deyə o yazıb.
Suonton sektoru Vermont ştatı və Nyu-Yorkla Nyu-Həmpşir ştatlarının bəzi rayonları ilə Kvebek və Ontario Kanada əyalətləri arasındakı sərhəddə yerləşir. Agentin paylaşdığı videomaterialdan məlum olur ki, saxlanılan qanunsuz miqrantların sayı 2020 və 2021 maliyyə illərində müvafiq olaraq 574 və 365 nəfər olub. Daha sonra bu rəqəm əhəmiyyətli dərəcədə artaraq 2022 və 2023 maliyyə illərində müvafiq olaraq 1 min və 6,9 min nəfərə çatıb.
Artan miqrasiyanı şərtləndirən amillər
İnsanların miqrasiya etmələrini şərtləndirən çoxsaylı amillər sadalamaq mümkündür. Bu barədə söhbət açarkən onun iki daha populyar növünə diqqət çəkə bilərik:
-Könüllü miqrasiya. Bir sıra hallarda insanların yerdəyişməsinə hansısa bir obyektiv zərurət yaranmır. Sadəcə, onlar həyatını dəyişmək, yeni rahatlıqlar qazanmaq xəyalları ilə başqa məkanlara üz tuturlar. Buna görə də statistikada könüllü miqrantların sayı azlıq təşkil edir.
-Məcburi miqrasiya. Bu gün dünya üzrə miqrantların böyük əksəriyyətini məcburi qaydada öz yaşayış yerlərini dəyişən insanlar təşkil edirlər. Hazırda Qərb ölkələrində miqrantlarla bağlı narazılıqların artması fonunda etiraf olunur ki, bu, ilk növbədə onların özlərinin əkdikləri ağacların acı meyvələridir. Məlumdur ki, qlobal Qərb özünün texnoloji inkişaf üstünlüklərindən istifadə etməklə qlobal Şərq üzərində müttləq üstünlüyə nail olmağa çalışır. Təkzibolunmaz reallıqdır ki, Qərbin Yaxın Şərq siyasəti bilavasitə “idarə olunan xaos” nəzəriyyəsinə əsaslanır. Bu nəzəriyyəyə uyğun olaraq hədəf seçilən ayrı-ayrı ölkələrə “rəngli inqilablar”, uzun sürən dağıdıcı müharibələr ixrac edilir. Belə müharibələr və vətəndaş itaətsizliyi milli dövlətləri ağır sosial-iqtisadi duruma salır, mülki infrastruktur dağlılr, insanların həyatı pozulur, bir sıra hallarda onlar yaşayış yerlərindən belə məhrum qalırlar.
Ümidsiz, çarəsiz halda olan insanlar doğma yerləri tərk etmək və elə Qərb dövlərlərinin qapılarını döymək məcburiyyəti ilə üzləşirlər. Qeyri-leqal miqrant axınının kəskin artdığı Avropada hazırda yaranmış vəziyyət BMT tərəfindən “İkinci Dünya müharibəsindən bəri dünyada ən böyük qaçqın böhranı” hesab olunur. Qitəyə üz tutanların əksəriyyəti hazırda münaqişələrin, daxili müharibələrin, terrorizmin, xaosun hökm sürdüyü ölkələrdə yaşayış şəraitinin, humanitar vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar evlərini tərk etmək məcburiyyətində qalanlardır. Təqdim olunan statistika son dərəcə kədərli mənzərəni əks etdirir. 2023-cü ilin sonlarına olan məlumata əsasən, Avropa İttifaqı məkanında, o cümlədən Norveç və İsveçrədə 800 mindən çox sığınacaq ərizəsi təqdim edilib. Bu, 2016-cı ildən bəri ən yüksək göstəricidir. Sığınacaq üçün müraciətlər ünvanlayan ölkələrin sayı isə 30-a çatıb. Son olaraq Qəzzada baş verənlər, Rusiya-Ukrayna müharibəsi on milyonlarla insanın məcburi miqrasiya etməsi ilə nəticələnib.
Qərbin miqrantlara kəskin ehtiyacı
Bir tərəfdən Qərbin özünə miqrantlar çox lazımdır. Məlumdur ki, hazırda Fransa , Niderland kimi ayrı-ayrı Avropa dövlətlərində ailə dəyərləri aşılanıb. Əhalinin təbii artımı müşahidə edilməyən belə ölkələrdə kəskin demoqrafik vəziyyət yaranıb. Avropanı 2050-ci və 2100-cü illərdək nə gözlədiyi barədə verilən proqnozlar olduqca bədbindir. 40-50 ildən sonra vəziyyətin daha kəskin şəkildə dəyişəcəyi ehtimal olunur. Dünya əhalisi ümumilikdə artsa da, Avropa mənşəli xalqlar təbii artım baxımından durğunluq dövrünü yaşayırlar. Verilən statistikaya əsasən, dünya əhalisinin ümumi çəkisində ağ əhalinin sayı 2000-ci ildə altıda bir rəqəminədək enib. 2050-ci ildə bu göstəricinin onda bir səviyyəsində olacağı proqnoz edilir. Avropanın 40-dan çox ölkəsində doğum göstəriciləri qənaətbəxş deyil. Mütəxəssislərin qənaəti belədir ki, əgər bu temp davam edərsə, qitə əhalisi XXI əsrin sonları üçün 207 milyona qədər azala bilər. Ən pis vəziyyət Fransada, Almaniyada, İspaniyada, Niderlandda yaşanır .
Avropa üçün daha böyük təhlükə əmək qabiliyyətli əhalinin sayının hədsiz azalmasıdır. 2050-ci ildə artıq Avropa əhalisinin ondan üç hissəsini 60 yaşdan yuxarı insanlar təşkil edəcək. Ehtimal edilir ki, Almaniyada, İspaniyada və bəzi başqa ölkələrdə hər onuncu adam 80 yaşından yuxarıda olacaq.
Beləliklə, Avropa ölkələrində işçi qüvvəsi çatışmır. Digər tərəfdən, yerli əhali ağır istehsalatlarda, xidmət sektorunda işləmək istəmir. Avropa dövlətləri bu boşluğu məhz miqrantlar hesabına doldurmaq məcburiyyətindədirlər.
Qərb dünyası xəyal kimi görünsə də...
Dəhşətli müharibələrə, dağıntılara, ölüm-itimlərə səhnə olan Yaxın Şərqin insanları üçün Qərb dünyası xoş bir xəyala çevrilir. Onlar ağır yolçuluq əzablarına dözməklə Qərb ölkələrinə gəlib burada rahat həyatlarını quracaqlarını, yaxşı qazanacaqlarını, təhsil alacaqlarını, yüksəksəviyyəli tibbi xidmətlə əhatə olunacaqlarını düşünürlər. Lakin onlar Qərb dünyasına gəlib çatandan (əgər yolda oğurlanmasalar, güllə yağışına tuş gəlməsələr, qayıqları dəniz sulaına qərq olmasa) dərhal sonra xəyallarının xülyadan başqa bir şey olmadığını anlayırlar. Qərbdə miqrantları rahat həyat yox, məşəqqətlər gözləyir.
Dənizləri aşıb Avropaya üz tutan miqrantlar burada bütün hüquqi və sosial təminatlardan məhrum qalırlar. Bu qəbildən olan insanlara vətəndaşlıq verilməsi çox uzun və bəlkə də, keçilməsi mümkün olmayan bir prosesdir. Belə olan halda onlar hansısa bir sosial təminata malik olmurlar, gecəqondularda, küçələrdə yaşamaq məcburiyyətində qalırlar. Səhiyyə sistemi vətəndaşlığı olmayan miqrantların üzünə bağlıdır. Sığortadan kənar müalicə xidmətlərindən istifadə etməyə maddi durumları imkan vermir. Sığorta zərfinə daxil olan tibbi xidmətlərdən bəhrələnmək üçün isə vətəndaşlıq tələb olunur. Beləliklə, miqrantlar xəyal edib gəldikləri Qərb dövlətlərində çıxılması mümkün olmayan labrintə düşürlər.
Qərb dövlətlərində miqrantların başının digər bir bəlası kriminal ünsürlər və orqan mafiyasıdır. Gənc miqrantların və uşaqların oğurlanması adi hala çevrilib. Demək olar ki, heç bir qurum onların axtarışını öz üzərinə götürmür və beləcə miqrantların qanı batır. Orqan mafiyasının belə çirkin əməllərdən böyük həcmlərdə maliyyəə vəsaiti qazandığı bildirilir. Eyni zamanda, kriminal ünsürlər kəskin həyat ehtiyacları olan miqrantlardan cinayət əməllərinin törədilməsində bir alət kimi istifadə edirlər...
Avropa dövlətləri qapıları bağlayırlar
Avropa İttifaqı yeni ortaq miqrasiya sistemini həyata keçirmək yolunda addımlar atmağa başlayıb. Ayrı-ayrı ölkələrin rəsmiləri faktiki olaraq Avropa dövlətlərinin qapılarını miqrantların üzünə bağlamağı hədəfləyən yeni qanunun qısa müddətdə və geniş miqyasda tətbiq etməsinin zəruriliyini vurğulayırlar. Qanun layihəsinə əsasən, təhlükəsizlik məsələləri və ictimai asayiş üçün risk yarandığı hallarda miqrantların könüllü qayıdışı üçün hər hansı müddət müəyyən olunmamalıdır. Bu qəbildən olan şəxslər dərhal deportasiya edilməlidir.
Qeyd edək ki, Avropada miqrasiya sahəsində islahatlarla bağlı qanun uzun müzakirələrdən sonra may ayında qəbul olunub və onun həyata keçirilməsinə başlanılıb. Həmin islahatlara əsasən, nisbi sabitliyin hökm sürdüyü ölkələrdən gələn miqrantlara qarşı daha sərt tədbirlər görüləcək. Həmin şəxslərin Avropa İttifaqının üzvü olmayan üçüncü ölkələrə də göndərilməsi nəzərdə tutulur. Qanuna əsaən, təhlükəsizlik qurumlarının səlahiyyətləri müəyyən həcmdə genişləndiriləcək, miqrasiyanın nizamlanması və nəzarətdə saxlanılması məqsədilə nəzərdə tutulan tədbirlər gücləndiriləcək.
O cümlədən Almaniya federal hökuməti miqrasiya siyasətində daha sərt qaydaların tətbiqini planlaşdırır. Ölkənin daxili işlər naziri Nensi Fezer barələrində deportasiya qərarı çıxarılan şəxslərin təhlükəsizlik və digər məsələlərlə bağlı risklər yarandığı təqdirdə ölkədən daha sürətli şəkildə göndərilməsini nəzərdə tutan qanun layihəsini təqdim edib. Nazir bununla Avropa İttifaqının miqrasiya sahəsində islahatlarla bağlı qanununun və hökumətin miqrasiya paketinin sürətlə həyata keçiriləcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, hökumətdə təmsil olunan partiyaların parlament fraksiyaları avqustun sonunda Almaniyanın Solingen şəhərində üç nəfərin ölümü və bir neçə nəfərin xəsarət alması ilə nəticələnən silahlı hücumdan sonra təhlükəsizlik məsələlərindən məsul qurumların səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutan təhlükəsizlik paketi barəsində razılığa gəlmişdilər. Nəzərdə tutulan qanun layihələri ölkədə ictimai asayişi gücləndirməyə və miqrasiya məsələlərində daha təsirli tədbirlərin görülməsinə xidmət edir.
Avropada milli səviyyədə artan miqrasiyanın qarşısını almağa yönələn qanun qəbul edən ilk ölkələrdən biri Fransa oldu. Bu ölkədə etirazlarla qarşılanan müvafiq qanun ötən ilin sonlarında qəbul edilib. Verilən məlumatlara görə 2023-cü ildə qanunları pozan 4,5 mindən çox miqrant Fransadan çıxarılıb. Bu, bir il əvvəlki göstərici ilə müqayisədə 30 faiz çoxdur.
Kanada hakimiyyəti miqrant axını üçün illik kvotaları ən azı 20 faiz azaltmaq niyyətindədir. Bu barədə CTV məlumat yayıb. “Global News” isə bir neçə hökumət mənbəsinə istinadən xəbər yayıb ki, Ottava tezliklə yeni gələnlərin sayını azaltmaq üçün ölkənin immiqrasiya sistemində əsas dəyişiklikləri elan edəcək. Söhbət ilk növbədə yaxın bir neçə ildə ölkəyə qəbul edilən miqrantların sayının azaldılmasından gedir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09

