Rusiya cəbhədə irəliləyir, Zelenski isə...
31.10.2024 [08:36]
Ukraynanın böyük şəhərləri təhlükə altındadır
Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı çağırışlar nəticə vermir. Əksinə, son vaxtlar Rusiya ordusu hücumlarını daha da gücləndirib və Ukrayna ərazisində irəliləməyə davam edir.
Rusiya ordusu Donetskin Selidovo şəhərini ələ keçirib
Bu yaxınlarda Ukrayna lideri Volodimir Zelenski münaqişənin 2025-ci ildən gec olmayaraq başa çatmasına ümid bəslədiyini söyləmişdi. O, bu fikrini döyüş meydanındakı vəziyyətlə əlaqələndirməyə çalışırdı. Nəzərə alaq ki, hazırda döyüş meydanında Kiyevin əhəmiyyətli üstünlüyü yoxdur. Ukraynanın Rusiyanın Kurs vilayətində müəyyən qədər irəliləyişi döyüş meydanındakı vəziyyəti onun xeyrinə dəyişməyib. Çünki Kiyevin bu hücumu Rusiya ordusunun Donbasda irəliləməsinin qarşısını ala bilməyib. Əksinə, Kursk əməliyyatından sonra Rusiya Ukraynanın bir neçə şəhərini və kəndlərini ələ keçirib. İki gün öncə isə Rusiya ordusu Donetskin vacib Selidovo şəhərini də tutdu. Selidovun ələ keçirilməsindən sonra rus ordusunun Ukraynada cəbhəboyu vəziyyəti bu mənzərə daha aydın göstərir. Belə ki, Rusiya qoşunları artıq Ukraynanın Kupyansk şəhərinin 6 km, Xarkovun 17 km, Zaporojye - 29 km, Odessanın isə 58 km-dədir. Yəni artıq Ukraynaın bu böyük şəhərləri üçün təhlükə çox yaxındır. Hətta iki gün öncə Ukrayna Silahlı Qüvvələrinin Kiyevdəki Baş Qərargahının binası PUA mərmisinin qalıqlarının düşməsi nəticəsində zədələnib. Bütün bunlar vəziyyətin Ukrayna üçün nə qədər kritik olduğunu göstərir.
Zelenski Qərbdən hərbi yardımların artırılmasını tələb edir
Belə olan halda, Zelenskinin müharibənin 2025-ci ildən gec olmayaraq başa çatması barədə bəyanatı real görünmür. İndiki halda, problem Rusiyanın üstünlüyü ilə başa çata bilər. Kiyevin qələbə qazanması üçün isə ona göstərilən hərbi dəstək kifayət qədər artmalıdır. Zelenski bəlkə də, Ramştayn platorması çərçivəsində verilən hərbi dəstəyə ümid edir. Təmas qrupu Ukraynaya silah və sursat yardımı göstərən 50 ölkəni əhatə edir. Ramştaynda müdafiə nazirləri səviyyəsində indəyədək bir neçə toplantı keçirilib. Lakin toplantılarda verilən qərarlar Kiyev üçün strateji nəticələrə gətirib çıxarmır. Ona görə də, Zelenski Qərb tərəfdaşlarından hərbi yardımların artırılmasını tələb edir.
Blinkenin ənənəvi “dəstəyi”
Yeri gəlmişkən, oktyabrın 29-da ABŞ Dövlət katibi Antoni Blinken və Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofis rəhbəri Andriy Yermak Vaşinqtonda keçirilmiş görüşdə Kiyevə hərbi yardım və gələcəkdə Ukrayna ilə bağlı konfransların keçirilməsini müzakirə ediblər. Bu barədə ABŞ Dövlət Departamentinin saytında qurumun mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilib: “Onlar hərbi və iqtisadi yardımı və Ukraynanın gələcək diplomatik tədbirlərini, o cümlədən Ukraynanın “sülh düsturu”nu dəstəkləyən konfransları dəstəkləmək üçün göstərilən diplomatik səyləri müzakirə ediblər”. Bəyanatda qeyd olunub ki, Blinken “Ukraynanın suverenliyinə dəstəyini” və həmçinin “BMT Nizamnaməsi əsasında möhkəm sülhə” dəstəyini təsdiqləyib. Əslində, bu bəyanat söz yığınından başqa bir şey deyil. Vaşinqton sadəcə bu cür yanaşmalarla guya Kiyevi müdafiə etdiyini göstərməyə çalışır. Reallıq isə bundan ibarətdir ki, Ukraynanı bu müharibəyə təhrik edən ABŞ-dır.
Viktor Orban hesab edir ki, strategiya dəyişməlidir
Avropa İttifaqına sədrlik edən Macarıstanın Baş naziri Viktor Orban isə deyib ki, Aİ Kiyevin müharibədə məğlubiyyətini istəmirsə, Ukrayna ilə bağlı strategiyasını dəyişməlidir: “Avropa İttifaqı Ukraynada müharibə ilə bağlı yanlış siyasət aparır. Əgər biz qalib gəlmək istəyiriksə, bu uğursuz strategiyanı dəyişməliyik”. O, Avropa İttifaqını münaqişənin həlli üçün səy göstərməyə çağırıb: “Əgər bunu etməsək, müharibəyə daha çox cəlb olunacağıq və vəziyyət daha çıxılmaz olacaq. Biz müzakirə apararkən yüz minlərlə insan öləcək”.
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen isə Viktor Orbanın mövqeyi ilə razılaşmır. Xanım Leyen deyib ki, Kiyevə nəyin bahasına olursa-olsun bütün sahələrdə dəstəyin davam etdirilməsi vacibdir. O, Ukraynanı dəstəkləmək zərurətindən danışaraq, Macarıstanın təşkilatdakı sədrliyini tənqid edib. “Ukrayna və Avropada ədalətli sülhə nail olmağın yeganə yolu var. Biz Ukrayna müqavimətini gücləndirməyə davam etməliyik, ona siyasi, maliyyə və hərbi dəstək verməliyik”, - deyə fon der Leyen bildirib. Onun fikrincə, avropalılar Ukraynanın Moskva ilə münaqişədə təslim olmasını istəmirlər. Leyenin “avazı” yaxşı gəlsə də, Ukrayna üçün Aİ-nin hərbi dəstəyi yetərli deyil.
Görünən odur ki, Qərb bu müharibənin davam etməsində maraqlıdır. Çünki müharibədə nə Rusiya, nə də Ukrayna qazanmayacaq. Belə davam edərsə, qazanan yalnız Qərb olacaq.
Qətərin vasitəçiliyi ilə danışıqlar başlayıb
Silahların susmadığı şəraitdə Ukrayna və Rusiya, Qətərin vasitəçiliyi ilə enerji obyektlərinə zərbələrin dayandırılması ilə bağlı danışıqlara yenidən başlayıb. Bu danışıqlar, avqust ayında Ukraynanın Kursk vilayətinə hücumu nəticəsində kəsilmişdi. Lakin son həftələrdə, hər iki ölkənin razılaşmaları çərçivəsində qarşılıqlı enerji infrastrukturlarına hücumların sayı əhəmiyyətli dərəcədə azalıb.
Razılaşmaların əldə olunmasında əsas rol oynayan tərəf hər iki ölkənin kəşfiyyat orqanları olub. Bu addımların davamı olaraq, Rusiya və Ukraynanın enerji obyektlərinə hücumların tamamilə dayandırılması üçün müzakirələr aparılır. Danışıqların nə ilə nəticələnəcəyi və tərəflərin tam razılığa gəlib-gəlməyəcəyi hələlik məlum deyil. Lakin bu cəhdlər regionda gərginliyi azaltmaq və enerji infrastrukturlarının qorunması üçün mühüm bir addım kimi dəyərləndirilir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09

