Media: Türk Dövlətləri Təşkilatı güc mərkəzinə çevrilib
03.11.2024 [15:49]
Türk Dövlətləri Təşkilatının (TDT) Bişkekdə keçirilən XI zirvə toplantısı Türk dünyası ilə əlaqələri dərinləşdirmək, türkdilli dövlətlərin maraqlarına və dəyərlərinin təbliğinə töhfə vermək məqsədi daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin Türk dünyasının birliyinə və qlobal səhnədə güc mərkəzinə çevrilməsinə çağırış etdiyi TDT liderlərinin Şuşada keçirilən qeyri-rəsmi sammitində bu istiqamətdə siqnal verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzetində dərc olunmuş “Qırğızıstanda TDT zirvə görüşü: gündəm nədir?” sərlövhəli məqalədə deyilir.
Mehmet Yücenin nəşrində Azərbaycan liderinin Şuşadakı çıxışından sitat gətirilir: “Biz böyük bir coğrafi ərazini əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə sübut edib. Zəngin təbii sərvətlər, onların çatdırılması üçün müasir infrastruktur, Orta Asiya və Qafqazı Aralıq dənizi və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix və mədəniyyət bizim ən böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə və etnik birliyə sadiqliyi ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının firavanlıq əsrinə çevrilməlidir”.
Məqalə müəllifi əmin olduğunu bildirib ki, Bişkekdə keçiriləcək zirvə görüşünün iştirakçıları beynəlxalq razılaşmalara, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, tanınmış sərhədlərin toxunulmazlığına, daxili işlərə müdaxilənin yolverilməzliyinə sadiqliyini bəyan edəcəklər. “Bu kontekstdə Azərbaycan və Ermənistan arasında sülhün təmin edilməsi və münasibətlərin normallaşdırılması səylərinin dəstəklənməsinin bildirilməsi gözlənilir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı, Orta Nəqliyyat Dəhlizinin potensialından maksimum istifadə və Zəngəzur dəhlizinin açılması kimi məsələlər ətrafında da müzakirələr gözlənilir”, - “TDT-nin yüksələn güc mərkəzinə çevrildiyi” vurğulanan nəşrdə deyilir.
“Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, TDT-nin potensialını açmaq və bu platformanı qlobal miqyasda güc mərkəzinə çevirmək məsuliyyəti məhz Türk dövlətlərinin üzərinə düşür. Bu məqsəd mütləq reallaşacaq”, - deyə məqalə müəllifi qeyd edir.
M.Yüce əmin olduğunu bildirib ki, Bişkekdə “mehriban və səmimi bəyanatlar diplomatik şəkildə davam etdirilən mərasimlər və rəmzi jestlərin yerini tutacaq”.
"Qırğızıstanda keçiriləcək Zirvə görüşü, şübhəsiz ki, TDT-nin mövqelərini gücləndirəcək", - deyə Türkiyə nəşrində vurğulanır.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

