BMT-nin Uşaq Fondunun yarandığı gündür
11.12.2024 [08:56]
Uşaq hüquqlarının pozulması bu gün aktual bir mövzulardan biridir. Uşaq hüquqları insan hüquqlarının tərkib hissəsi olsa da, bu hüquqların xüsusi diqqətə və müdafiəyə ehtiyacı var. Məhz bu prinsipləri nəzərə alaraq uşaq hüquqlarının müdafiəsi sahəsində beynəlxalq sənədlər qəbul edilib, müxtəlif təşkilatlar yaradılıb.
Müharibə uşaqları...
Müharibələrdə yalnız əsgərlərin deyil, uşaqların da həlak olduğunu unutmaq olmaz. Müharibə edən tərəflərin hərbi əməliyyatlar zamanı uşaqlara qarşı törətdikləri bütün repressiya və qəddarlıq, insanlıqdan kənardavranış formaları cinayətkar hərəkətlər sayılır. Uşaq Hüquqları Konvensiyasının 25-ci maddəsinə əsasən dağıdıcı müharibələr, səbəbindən valideyn himayəsindən mərhum olmuş, baxılmaq, müdafiə və ya müalicə edilmək məqsədi ilə dövlət tərəfindən qəyyumluğa, himayəçiliyə verilmiş uşaqların qəyyumluğunun və himçayəçiliyin mütəmadi yoxlanılması lazımdır. Konvensiyanın 37-ci maddəsində isə qeyd edilir ki “Heç bir uşaq işgəncələrə, amansız rəftara, və cəzaya, qanunsuz həbsə və ya azadlıqdan mərhum edilmə cəzalarına məruz qalmamalıdır. Uşaqlara qarşı pis rəftar hallarına heç vaxt haqq qazandırmaq olmaz, yalnız belə halların baş verdiyi və ya baş verə biləcəyi zaman onların qarşısı alınmalıdır”.
Uşaq hüquqlarını qoruyan təşkilat...
Yeri gəlmişkən, bu gün BMT Uşaq Fondu - UNİCEF-in yaranmasından 78 il ötür. Qeyd edək ki, Fondun əsası 1946-cı il dekabrın 11-də qoyulub. Təşkilat ilk dövrlərdə Beynəlxalq Fövqəladə Uşaqlara Yardım Fondu adlandırılıb. 1953-cü ilin aprelində BMT Baş Məclisi Fondun fəaliyyətini müddətsiz elan edib və adını müasir formaya salıb.
Təşkilat 1959-cu ildə “Uşaq hüquqları” bəyannaməsini qəbul edib. 1965-ci ildə Uşaq Fondunun son dərəcə məhsuldar fəaliyyəti və yubileyi onun dünya Nobel mükafatına layiq görülməsi ilə nəticələnib. 1976-cı il dekabrın 21-də isə BMT 1979-cu ili Uşaq ili, habelə UNİCEF-i BMT sisteminin uşaq və körpələrlə bağlı başlıca orqanı elan edib. BMT Baş Məclisi 1989-cu ilin dekabrında “Ümümdünya Uşaq hüquqları haqqında” Konvensiyanı qəbul və təsdiq edib.
Azərbaycan - UNİCEF münasibətləri
Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixli Qanunla BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya edib. 1993-cü ildə Azərbaycan Respublikası “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” 1990-cı il 30 sentyabr tarixli Ümumdünya Bəyannaməsinə qoşulub. UNİCEF Azərbaycanda fəaliyyətinə 1993-cü ilin oktyabr ayında başlayıb.
UNİ?EF-lə münasibətlərin genişlənməsi Heydər Əliyevin uşaqlarla bağlı siyasətinin tərkib hissəsi idi. Ulu Öndərin 27 sentyabr 1994-cü ildə UNİCEF təşkilatında Uşaqların Həyatı, Müdafiəsi və İnkişafına dair BMT Bəyannaməsini imzalaması, bu təşkilatla münasibətlərin daha sürətlə inkişaf etməsinə təkan verdi. Məhz 1994-cü ildən etibarən
UNİCEF Azərbaycanla daha səmərəli əməkdaşlıq etməyə başlamışdı.
Amansızca həlak olan uşaqlarımız...
1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində xalqımızın başına gətirilən müsibətlər cəmiyyətdə sabitliyin pozulması, ciddi çətinliklərlə üzləşməyimiz, səksəkə və təşviş içində yaşamağımız uşaqların da həyatında öz mənfi təsirini göstərmişdi. Baş verən müharibələr onların da həyatından şən qayğısız uşaqlıq illərini almışdı. Axıdılan qanlar, o cümlədən uşaqların gözü qabağında həmyaşıdlarının amansızcasına həlak olmaları uşaqların psixologiyasına öz təsirini göstərmişdi. Bu dövrdə müharibə şəraitində yaşayan bir ölkədə uşaqların qayğısına qalmaq üçün onların müəyyən problemlərinin həllini təşkil etmək üçün dövlətin köməyə ehtiyacı var idi. Bu dövrdə məktəblər, tibb ocaqları, uşaqların tərbiyəsində rol oynayan mədəniyyət ocaqlarının -kitabxanaların, teatrların muzeylərin dağıdılması nəticəsində uşaq hüquqlarının pozulmasına gətirib çıxartmışdı. Bu kimi problemlərin həlli üçün dövlətin müəyyən köməyə ehtiyacı var idi. Bu işdə BMT-nin Uşaq Hüquqlarının qorunması haqqında qəbul edilmiş Konvensiyaya əsasən fəaliyyət göstərən bir sıra təşkilatlar yaxından iştirak etdilər. Bunlar Azərbaycan Uşaq Fondu (1988), Uşaq Hüquqlarının Müdafiə Liqası (1991), Müharibə Uşaqları Beynəlxalq Qeyri Dövlət Xeyriyyə Fondu və s. təşkilatlar olmuşlar. Hər bir şəraitdə uşaqların öz hüquqlarını müdafiəsini bilməsi cəmiyyətin həm fiziki, həm də zehni cəhətdən sağlam olması üçün əsas şərtdir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30

