Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ Kolumbiya vətəndaşlarına viza verilməsini dayandırıb

ABŞ Kolumbiya vətəndaşlarına viza verilməsini dayandırıb

27.01.2025 [10:15]

ABŞ dövlət katibi Marko Rubio ABŞ-ın Kolumbiyadakı Səfirliyinin konsulluq şöbəsinə viza verilməsini dayandırmaq barədə tapşırıq verib. AZƏRTAC-ın Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, bu addım Kolumbiya Prezidenti Qustavo Petronun ABŞ-dan göndərilən iki repatriasiya təyyarəsini qəbul etməkdən imtina etməsindən sonra atılıb.

Həmçinin ABŞ-ın repatriasiya uçuş əməliyyatlarına müdaxiləyə görə məsuliyyət daşıyan şəxslərə və onların ailələrinə səyahət qadağası da qüvvəyə minib.

Bildirilir ki, Kolumbiya öz vətəndaşlarının qaytarılmasını qəbul etmək öhdəliyini yerinə yetirənə qədər tədbirlər davam edəcək.

Paylaş:
Baxılıb: 362 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31