ABŞ-da böhtan kampaniyalarına cəlb edilən media vasitələrinin siyahısı açıqlanır
13.02.2025 [18:15]
ABŞ-da bu vaxta qədər müxtəlif administrasiyaların başqa ölkələrin daxili işlərinə qarışması, bunun üçün media da daxil olmaqla ən müxtəlif vasitələrdən istifadə etməsi artıq okeanın o tayında açıq şəkildə etiraf olunur. Bu etiraflardan məlum olur ki, dünya ictimaiyyətinin rəyinə təsir edən bir sıra media vasitələri ABŞ hökumətindən maliyyələşib və bu əsasda da konkret sifarişləri icra edib. Özü də həmin sifarişlərin icrasını yerinə yetirən media vasitələri jurnalistikanın bütün prinsip və dəyərlərini heç tərəddüd etmədən arxa plana atıblar. Amma görünən odur ki, ABŞ-də formalaşan yeni hakimiyyət artıq tamam fərqli bir siyasət yürütməyə başlayıb. Elə bu kontekstdə də qərəzli sifarişlərin icraçılarına vəsait ayrılması dayandırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Media Təhlil Mərkəzinin araşdırma materialında bildirilib.
Qeyd olunub ki, sifariş məqsədilə verilən pullardan məhrum olanların bir çoxunun adı elə ABŞ administrasiyası tərəfindən açıqlanıb. Onların siyahısında ilk olaraq Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) gəlir. ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask əvvəlki kimi USAID-in hər il milyardlarla vəsaiti boş yerə sərf etdiyini bəyan edərək, bu qurumun birdəfəlik ləğvinin zərurət olduğunu bəyan edir. ABŞ Prezidenti Donald Tramp da bu yanaşmaya tam dəstək ifadə edir.
Çoxsaylı faktlar da göstərir ki, Amerikanın xarici yardımı və inkişaf proqramlarının idarə edilməsinə cavabdeh olan agentlik missiyasından tamam fərqli işlərlə məşğul olub. Məhz bu kontekstdə İlon Mask USAID-in fəaliyyətinə xüsusi diqqət yetirərək, təşkilatın qərəzliliyə görə ləğv edilməli olduğu və onun bərpasının mümkünsüz olduğunu bildirir. O, təşkilatın vəsaitlərinin əsasən xarici ölkələrin seçkilərinə müdaxilə üçün istifadə olunduğunu da vurğulayır. Buna paralel olaraq, yeni Amerika hökuməti USAID-də görünməmiş həcmdə korrupsiya sxemini də üzə çıxarıb.
“Soyuq müharibə” dövründə ABŞ-ın ideoloji mübarizəsində təbliğat vasitəsi kimi istifadə olunan “Azadlıq Radiosu” və “Amerikanın Səsi” kimi Amerikanın dövlət media orqanları da uzun illərdir ki, təyinatları üzrə yox, başqa ölkələrin daxili işlərinə müdaxilə və digər məqsədlər üçün istifadə edilir. Özü də bu media qurumlarına hər il yüz milyonlarla vəsait sərf olunur və bu pulların da göyə sovrulduğunu yenə ABŞ hökuməti özü bəyan edir. Lakin siyahı təkcə bununla bitmir.
İlon Mask bildirir ki, Co Baydenin prezidentliyi dönəmində ABŞ hökuməti “Reuters” agentliyinə də hər il milyonlarla dollar ayırıb. “Reuters” isə öz növbəsində verilən sifarişləri icra edib, dünya ictimaiyyətində müxtəlif məsələlər üzrə ABŞ hökumətinin istədiyi formada yanlış rəy yaradılması ilə məşğul olub: “ABŞ hökuməti “kütləvi sosial aldatma” üçün “Reuters” agentliyinə milyonlarla dollar ödəyib. Satınalma sifarişi sözün əsl mənasında budur!”. “X” sosial şəbəkəsində yayılan məlumata əsasən, təkcə Pentaqon hər il “Reuters”ə 9 milyon dollar ayırıb. Alınan pulların əvəzində “Reuters” dünya ictimaiyyətinə saxta məlumatlar sırayıb, konkret ölkələri, qurumları, şəxsləri hədəfə alıb, onlar barəsində qarayaxma, böhtan kampaniyası aparıb. Bununla bağlı xeyli sayda faktlar mövcuddur. Amma ABŞ hökumətinin pulları yalan və iftira naminə təkcə “Reuters” vasitəsilə israf edilməyib.
Mask daha əvvəl bildirib ki, Donald Trampın administrasiyası “Politico”, “The New York Times” və “Associated Press” kimi media vasitələrinin maliyyələşdirilməsini ləğv edib. O qeyd edib ki, “Politico” Dövlət Departamentindən hər il 620 min dollar digər nəşrlər isə Səhiyyə və Sosial Xidmətlər Nazirliyindən on milyonlarla dollar alıb. Mask həmçinin qeyd edib ki, ABŞ Maliyyə Nazirliyi hər il naməlum şəxslərə 100 milyard dollar müavinət ödəyir . O, bu vəziyyəti “dəlilik” adlandırıb. Eyni zamanda, yeni hökumətin Maliyyə Nazirliyi bu ödənişlərin təxminən yarısının aşkar saxtakarlıq olduğunu etiraf edib.
Bütün bu üzə çıxan faktlar heç şübhəsiz ki, tam siyahı deyil və bunun davamının olacağı da tamamilə gözlənilən haldır. İlon Maskın daha bir maraqlı etirafı budur ki, Birləşmiş Ştatlar bu və ya digər şəkildə başqa ölkələrin işlərinə qarışmağı dayandırmalı və diqqətini öz problemlərinə yönəltməlidir: “Elə vaxtlar olub ki, ABŞ beynəlxalq məsələlərdə iddialı olub, başqa ölkələrin daxili işlərinə müdaxilə edib. Mən hesab edirəm ki, biz ümumiyyətlə, başqa ölkələrin daxili işlərinə müdaxilə etməkdən kənar durmalıyıq”. Mask onu da xüsusi vurğulayıb ki, Birləşmiş Ştatların dünyada rejim dəyişikliyini təşviq etmək əvəzinə öz problemləri ilə məşğul olmağın vaxtıdır. Görünən odur ki, elə Tramp administrasiyası artıq məhz bununla məşğul olmaq qərarına gəlib.
Xəbər lenti
Hamısına baxDünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16

