Gürcüstanda “rəngli inqilab” ssenariləri...
15.02.2025 [10:18]
Ayrı-ayrı beynəlxalq təşkilatlar güc mərkəzləri tərəfindən milli dövlətlərə qarşı təzyiq aləti qismində istifadə olunur. Ötən ilin yanvar ayında Ağ Evdə administrasiya dəyişikliyindən sonra USAID-in təhlükəli və dağıdıcı fəaliyyətinin ifşa olunması ilə bu məsələ bütün ciddiliyi ilə yenidən gündəmə gəlib. Dəhşətli faktlar üzə çıxır. Güc mərkəzlərinin çirkin məqsədlərlə yaratdıqları USAID kimi qurumlar humanitar yardım missiyaları adı altında ayrı-ayrı ölkələrdə şəbəkələr yaradırlar, ianələr, qrantlar müqabilində cəmiyyətlərə nüfuz etməklə onları ələ alırlar və inqilab ssenariləri hazırlayırlar. Xalqların lidersizləşdirilməsi, sabitliyin pozulması, milli dəyərlərin aşınması təhlükəli planların aparıcı istiqamətlərini təşkil edir. Bu yolla ələbaxan, milli maraqları qorumağa qadir olmayan oyuncaq dövlətlər qurulur.
Qonşu və dost Gürcüstanın kədərli nümunəsi
Milli dövlətlərə qarşı yönələn “rəngli inqilab” senarilərindən bəhs edərkən qonşu və dost Gürcüstanın kədərli nümunəsi göz önünə gəlir. Sabiq prezident M.Saakaşvili məhz Qərbdən güclü dəstək alan siyasi fiqur kimi Gürcüstan hakimiyyətinə gəlməyə müvəffəq oldu və o, ölkəsinin inteqrasiya siyasətini Aİ-yə yönəltdi. Onun hakimiyyəti illərində münasibətlərin gərginləşməsi hətta Gürcüstanın Rusiya ilə qısamüddətli müharibəyə qoşulmasınadək uzandı. Ən kədərli nəticə isə ondan ibarət oldu ki, ölkə ərazilərinin bir hissəsini itirdi.
Sonrakı mərhələdə M.Saakaşvili hakimiyyətinin ömrünü uzatmağa müvəffəq olmadı. Bununla belə, Qərb bloku hakimiyyət dəyişikliyi baş verən Gürcüstanı yenə də öz orbitində saxlamaq cəhdlərindən vaz keçməyib. Müxtəlif şirnikləndirici vədlərlə ölkənin Qərbə inteqrasiyasına cəhdlər göstərilir. Ayrılan böyük həcmələrdə maliyyə vəsaitinin nəticəsi olaraq Qərbə bağlı qeyri-hökumət təsisatlarının sayı yağışdan sonra göbələk kimi artıb. Bu məkrli planlar ötən il Gürcüstanda iki mühüm qanunun qəbul olunması fonunda bütün cəhətləri özünü büruzə verdi. Həmin qanunlardan biri “Xarici təsirin şəffaflığı haqqında” qanundur. Gürcüstan hakimiyyəti bu qanunun qəbul olunmasını ölkənin milli maraqlarının qorunması zərurəti ilə əlaqələndirir. Qanunda xaricdən maliyyələşən müvafiq təsisatlara nəzarət mexanizmi nəzərdə tutulur. Qərb isə bunu is başqa izahlar altıında təqdim edir. Gürcüstan hakimiyyəti dəfələrlə bəyan edib ki, oxşar qanunlar həmçinin Fransada, ABŞ-də və digər ölkələrdə də qəbul olunub.
Qərb dairələri həmçinin Gürcüstan parlamentinin ötən il sentyabr ayının 17-də qəbul etdiyi “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” adlı qanuna münasibətdə də eyni kontekstdən çıxış edirlər. Onlar hesab edirlər ki, bu qanun “mətbuat və ifadə azadlığına ziddir”.
Bəhs olunan reallıqlar fonunda Gürcüstanda ötən il parlament və prezident seçkiləri ciddi ajiotajla müşayiət olundu. Qərb təsisatlarına maliyyə bağlılığı olan vətəndaş cəmiyyəti institutları, müxalifət partiyaları, hakimiyyətin müəyyən qolları seçkiləri pozmağa çoxsaylı cəhdlər göstərdilər. Hazırda isə eyni qüvvələr ölkədə yeni parlament seçkilərinə çağırşlar edirlər. Avropa Parlamenti isə seçkilərin saxtalaşdırldığını ehtiva edən qərəzli qətnamə qəbul edib. Avropa Şurası Parlament Assambleyası (AŞPA) Gürcüstanın nümayəndə heyətinin mandatının təsdiqlənməsi müqabilində yeni seçkilər keçirilməsinin zəruriliyini şərt kimi irəli sürüb və s.
Bütün bunlar gürcü xalqının seçiminə hörmət bəsləməmək anlamında qəbul olunur. Gürcüstan Prezidenti Mixail Kavelaşvili XI çağırış parlamentin yaz sessiyasının açılışında bildirib ki, gürcü xalqı keçirilmiş parlament seçkilərində öz seçimini edərək, sülh və inkişaf yolunu seçib. Bununla belə, son illərdə respublika Avropa tərəfdaşları tərəfindən ədalətsiz hücumlara məruz qalıb.
USAID-in seçkiləri pozmaq cəhdi
İndiyədək 100-dən çox ölkədə fəaliyyət göstərən USAID 50 milyard dollardan çox büdcəyə malik olub. Qurum dünyada, o cümlədən də postsovet məkanında müstəqil xarici siyasət yürüdən dövlətlərin daxili işlərinə qarışması, inqilablara sponsorluq etməsi ilə tanınır. Tbilisinin son açıqlamaları da bunu rəsmən təsdiqləyib. “USAID Gürcüstan-ABŞ dostluğunu gücləndirmək əvəzinə, hələ də düzəldilməyən bəzi ciddi səhvlərə yol verib”. Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “X” də USAID-in ölkədəki fəaliyyəti ilə bağlı tənqidi paylaşımında qeyd edib.
Gürcüstan parlamentinin sədri sosial şəbəkə hesabında USAID ilə bağlı daha bir ifşaedici faktı da açıqlayıb. Gürcüstanın qeyri-hökumət təşkilatları 2024-cü ildə ölkədə parlament seçkiləri ərəfəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyindən 41 milyon dollardan çox vəsait alıblar. Parlamentin sədri seçkiləri müntəzəm olaraq pozmağa çalışan təşkilatlara on milyonlarla dolların necə ayrıldığına aydınlıq gətirilməsini tələb edib. Sitat: “Başqa bir ölkədə seçkilərə 41,7 milyon dollar xərcləyib həmin ölkənin əhalisi qarşısında heç bir məsuliyyət hiss etməmək mümkün deyil”.
Baş nazir İrakli Kobaxidze də USAID-i sabitliyi pozan təşkilatları maliyyələşdirməkdə günahlandırıb. USAID tərəfindən tez-tez maliyyələşdirilən Gürcüstan QHT-ləri ölkədə vəziyyəti gərginləşdirmək cəhdlərinə cəlb olunub, təşkilatın maliyyələşdirdiyi “Beynəlxalq Ədalətli Seçkilər və Demokratik Cəmiyyət”in (ISFED) pozucu fəaliyyətini nümunə gətirib.
Hakimiyyət hərəkətə keçib
Milli maraqların qorunmasında israrlı mövqe sərgiləyən Gürcüstan hakimiyyəti xarici qüvvələr tərəfindən sabitliyin pozulması cəhdlərinə qarşı hərəkətə keçib. Artıq ölkədə dövlət qulluqçularına xarici mənbələrdən maliyyə dəstəyi məhdudlaşdırılır. Bu barədə hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze bildirib. Onun sözlərinə görə, müvafiq qurum rəhbərinin razılığı olmadan, dövlət qulluqçuları xarici mənbələrdən maddi vəsait ala bilməyəcəklər.
Eyni zamanda, Gürcüstanın Baş Prokurorluğunun istintaq şöbəsində sabotaj cəhdi və Gürcüstanın dövlət maraqlarına zərər vermək məqsədilə xarici təşkilatlar və xarici nəzarət altındakı təşkilatlar üçün düşmən fəaliyyətinə yardım etmək faktları üzrə istintaq başladılıb.
Baş Prokurorluq tərəfindən yayılan məlumatda qeyd edilib ki, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsinin birinci bəndi, 19,318-ci maddəsinin ikinci bəndi və 319-cu maddəsi ilə aparılır ki, bu da 5 ildən 10 ilə qədər və 7 ildən 15 ilə qədər azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
Məlumata görə, cinayət işi üzrə istintaqa başlanılması, ictimai hərəkat “Birləşmiş Neytral Gürcüstan” nümayəndələrinin Gürcüstan Baş Prokurorluğuna təqdim etdiyi müraciətə əsaslanır.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58

