Ankara NATO-nun regional və qlobal strategiyasına bundan sonra da töhfə verməyə hazırdır
18.02.2025 [21:17]
Ankara NATO-nun regional və qlobal strategiyasının həyata keçirilməsinə bundan sonra da töhfə verməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin ölkənin Şimali Atlantika Alyansına daxil olmasının 73-cü ildönümünə həsr olunmuş bəyanatında deyilir.
Müdafiə Nazirliyi Ankaranın NATO-ya qəbulu ilə bağlı qərarın 1952-ci il fevralın 18-də verildiyini xatırladıb. Bəyanatda deyilir: “Hərbi-siyasi blokda iştirak etdiyi onilliklər ərzində Türkiyə NATO-nun missiyalarına töhfə verərək bütün öhdəliklərini ciddi şəkildə yerinə yetirib. Montrö Konvensiyasına uyğun olaraq Bosfor və Dardanel boğazlarına nəzarət edən Ankaranın kritik rolu Qara dəniz bölgəsində güc balansının təmin edilməsinə kömək edir”. Müdafiə Nazirliyi, həmçinin ölkənin Yaxın Şərqdə, xüsusilə də İraq və Suriyadakı proseslər fonunda artan əhəmiyyətinə diqqət çəkib.
Müdafiə Nazirliyi Türkiyə ordusu və hüquq-mühafizə orqanlarının İŞİD, Əl-Qaidə, PKK/YPG və FETÖ kimi cinayətkar təşkilatların yaraqlılarına qarşı həyata keçirdiyi əməliyyatları xatırladaraq, terroru NATO üçün əsas təhdidlərdən biri adlandırıb.
“Türkiyə ordusu digərləri ilə yanaşı, NATO-nun Kosovo və İraqdakı əməliyyatlarında mühüm rol oynayıb, Alyansın dəniz və quru missiyalarında iştirak edib”, -deyə Müdafiə Nazirliyi qeyd edib.
Nazirlik diqqətə çatdırıb ki, 2024-cü ilə qədər Türkiyənin müdafiə xərcləri ölkədə ÜDM-nin təqribən 2,09 faizini təşkil edib ki, bu da Ankaraya NATO-ya üzv 32 ölkədən 23-dən birinə çevrilməyə imkan verib. Beləliklə, qarşıya qoyulan məqsədə nail olunub.
Türkiyə təşkilata bağışlanan ianələrə görə Alyansda səkkizinci, NATO missiyalarında iştirak edən personalın sayına görə isə yeddinci yerdədir. NATO Quru Komandanlığının (LANDCOM) qərargahı İzmirdə yerləşir.
“Ankara öz təcrübəsini və müdafiə sahəsindəki inkişafı müttəfiqləri ilə bölüşməyə davam etməyə hazırdır”, - deyə Türkiyə Milli Müdafiə Nazirliyi əmin edib.
Xəbər lenti
Hamısına baxDünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43

