Nikuşor Dan Rumıniyanın yeni prezidenti seçilib
20.05.2025 [08:54]
Buxarest Aİ-nin xarici siyasətində daha fəal iştirak edəcək
Son zamanlar Avropada ultra-sağçı qüvvələrin reytinqinin daha da yüksəlməsinin şahidi oluruq. Son üç-dörd ildə Avropa İttifaqının bir sıra üzv ölkələrində keçirilən seçkilərdə ifrat sağçı və radikal millətçilər yüksək səslə qalib gəlib və ya yüksək nəticə əldə edərək ikinci böyük siyasi qüvvəyə çevriliblər. Aİ-nin üzv ölkəsi Rumıniyada da eyni hal gözlənilirdi - belə ki, mayın 4-də Rumıniyada baş tutan prezident seçkilərinin birinci turunda qatı sağçı kimi tanınan “Rumınların Birləşməsi Alyansı”nın (AOR) lideri Corce Simion 40,96 faiz səslə qalib gəlmişdi. Simionun seçkilərin ikinci turunda da qalib gələcəyi iddia olunurdu. Lakin gözləntilər özünü doğrultmadı. Mayın 18-də keçirilən seçkilərin ikinci turunda müstəqil, avropayönlü namizəd, paytaxt meri Nikuşor Dan 54,17 faiz səslə Simiona qalib gəlib. Simion səslərin 45,83 faizini əldə edib. Qeyd edək ki, builki prezident seçkiləri Rumıniya üçün xüsusi əhəmiyyət kəsb edib - ona görə ki, hər iki namizəd fərqli ideologiyaya malikdir. Nikuşor Dan Avropa İttifaqına inteqrasiya və islahatçı yanaşmanı dəstəkləyir, Corce Simion isə daha çox milli dəyərləri önə çəkən, euroskeptik mövqeyi ilə tanınan bir siyasətçidir. Artıq Ukrayna Prezidenti Volodimir Zelenski daxil olmaqla Fransa Prezidenti Emmanuel Makron, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Avropa Parlamentinin Prezidenti Roberta Metsola və Aİ-nin bir çox üzv ölkələrinin liderləri Nikuşor Danı prezident seçilməsi münasibəti ilə təbrik edib.
Yeni prezident kimdir?
Nikoşur Dan 1969-cu ilin dekabrın 20-də Rumıniyanın Faqaras şəhərində anadan olub. İxtisasca riyaziyyatçı olan Dan 1987 və 1988-ci illərdə beynəlxalq riyaziyyat olimpiadasında qızıl medal qazanıb. Dan Buxarest Dövlət Universitetində riyaziyyat ixtisası üzrə ali təhsil alıb, 90-cı illərdə Sorbon Universitetində doktorluq dissertasiyası müdafiə edib. Rumıniyaya qayıtdıqdan sonra Dan xüsusi təşkilat quraraq istedadlı rumın tələbələrinin xarici ölkələrdə ali təhsil almasında və elmi tədqiqatlarının həyata keçməsində fəal roy oynayıb. Bununla yanaşı, ölkədə sosial-iqtisadi və siyasi problemlərə qarşı mübarizə aparan tanınmış fəal olub. 2015-ci ildə o, korrupsiyaya qarşı mübarizəni daha da intensivləşdirmək üçün Buxaresti Xilas Et İttifaqı Partiyasını təsis edib və nəticə etibarı ilə bu, onu ictimai-siyasi xadim olmağa sövq edib. Nikuşor Dan 2016, 2019 və 2024-cü illərdə Buxarest merliyinə keçirilən seçkilərdə namizədliyini irəli sürmüşdü - o, 2016-cı ildə baş tutan mer seçkilərində 30,52 faiz səslə sosialist namizəd Qabriela Fireayaya uduzsa da, 2019 və 2024-cü ildə keçirilən seçkilərdə 42,82 faiz və 48 faiz səslə Buxarestin meri seçilib. Dan Rumıniyada liberal-demokratik dəyərlərə əsaslanan siyasi və iqtisadi islahatların keçirilməsinin tərəfdarı olub.
Dan Rumıniya və Aİ üçün hansı addımları atacaq?
Qeyd edək ki, Rumıniya prezidenti geniş səlahiyyətlərə malikdir. O, hərbi yardım barədə qərarlar verən müdafiə şurasına rəhbərlik edir, həmçinin xarici siyasəti idarə etmək və Aİ-də yekdillik tələb edən məsələlərə veto qoymaq hüququna malikdir. Siyasi ekspert Tural İsmayilov qəzetimizə şərhində qeyd edib ki, Nikuşor Danın prezidentliyi dövründə Rumıniyanın Avropayönümlü və sağ-mərkəzçi siyasəti daha da güclənəcək. Onun sözlərinə görə, yeni prezident Rumıniyada demokratik dəyərlərin qorunması və hüquq sistemində islahatların aparılması istiqamətində ciddi addımlar atacaq. “Hesab edirəm ki, Danın rəhbərliyi altında Rumıniya Avropa İttifaqı ilə inteqrasiyanı sürətləndirəcək və regional təhlükəsizlik məsələlərində fəal rol oynayacaq. O, həmçinin iqtisadiyyatın modernləşdirilməsi və sosial ədalətin təmin olunması üçün proqramlar həyata keçirəcək. Nikuşor Danın prezident seçilməsi ölkənin Avropaya inteqrasiyası və demokratik inkişafı üçün yeni ümidlər yaradır. Sağ-mərkəzçi mövqeyi ilə tanınan Dan həm iqtisadi islahatlara, həm də demokratik institutların gücləndirilməsinə xüsusi diqqət yetirəcək və korrupsiyaya qarşı sərt mübarizə aparmaqla hüquq sisteminin şəffaflığını artırmağa çalışacaq,”- deyə T.İsmayilov bildirib ki, o, Avropa İttifaqı ilə əlaqələrdə o, xüsusilə enerji təhlükəsizliyi və yaşıl enerji sahəsində əməkdaşlığı genişləndirməyə üstünlük verəcək. “Regional təhlükəsizlik məsələlərində NATO ilə sıx əlaqələr saxlayacaq, xüsusilə Ukrayna məsələsində Avropa həmrəyliyini dəstəkləyəcək. Onun xarici siyasəti balanslı olacaq, həm Avropa, həm də transatlantik tərəfdaşlarla münasibətləri inkişaf etdirəcək. Danın prezidentliyi dövründə Rumıniya Avropa İttifaqının strateji təşəbbüslərində fəal iştirak edəcək. Nikuşor Danın siyasəti Rumıniyanın Avropada etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirəcək. Bu, həm daxili sabitliyi, həm də Avropa İttifaqı ilə əlaqələrin inkişafını təmin edəcək. Ümumilikdə, onun prezidentliyi Rumıniyanın Avropa inteqrasiyasını sürətləndirəcək və regionda sabitlik üçün önəmli olacaq. Enerji sahəsində Avropa ilə əməkdaşlıq Rumıniyanın enerji müstəqilliyinə töhfə verəcək”.
T.İsmayilov əlavə edib ki, Danın siyasətində sosial-iqtisadi islahatlar da prioritet olacaq:”İqtisadiyyatın rəqabət qabiliyyətini artırmaq üçün innovasiya və texnologiyaya sərmayə yatırımı ön planda olacaq. Sosial siyasətdə orta təbəqənin dəstəklənməsi və yoxsulluğun azaldılması əsas prioritetlərdən olacaq. O, ölkənin demokratik institutlarının inkişafı üçün beynəlxalq əməkdaşlığı gücləndirəcək.”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

