Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Kral Çarlz Kanadada parlamentin açılışında çıxış edib

Kral Çarlz Kanadada parlamentin açılışında çıxış edib

28.05.2025 [17:25]

Böyük Britaniya Kralı III Çarlz Kanadada parlamentinin yeni sessiyasının açılışı münasibətilə rəsmi nitqlə çıxış edib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, o, bu nitqi Baş nazir Mark Karninin hökuməti tərəfindən hazırlanmış mətn əsasında səsləndirib. Çıxışında Kral, Kanada ilə ABŞ arasında qarşılıqlı hörmətə əsaslanan yeni iqtisadi və təhlükəsizlik münasibətlərinin qurulacağını və bunun hər iki suveren dövlətin maraqlarına xidmət edəcəyini bildirib. O əlavə edib ki, Kanada hökuməti ticarət müharibələrinin yaratdığı çətinliklərə sadəcə tab gətirməklə kifayətlənməyəcək, əksinə bu dövrdən daha güclü çıxmaq üçün yeni bir inkişaf dövrünün əsasını qoyacaq.

Nitqinin sonunda Kral Çarlz Kanada Dövlət Himnindən sitat gətirərək “Əsl Şimal həqiqətən güclü və azaddır” sözlərini vurğulayıb. Bu sözlər parlament üzvləri tərəfindən alqışla qarşılanıb.

Kralın Kanadaya səfəri baş nazir Mark Karninin dəvəti ilə baş tutub. Qeyd edək ki, bu cür nitqi sonuncu dəfə 1977-ci ildə mərhum Kraliça II Elizabet səsləndirmişdi.

Paylaş:
Baxılıb: 536 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30