Ukrayna hərbçilərinin təlim ərazisi raketlə vurulub, azı 12 hərbçi həlak olub
01.06.2025 [18:33]
Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının təlim bölməsinin yerləşdiyi yerə raket zərbəsi endirilib, 12 nəfər ölüb, 60-dan çoxu yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “suspilne.media” Ukrayna Quru Qoşunlarına istinadla məlumat yayıb.
“İyunun 1-də düşmən Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının təlim bölmələrindən birinin yerləşdiyi yerə raket zərbəsi endirib. Təəssüf ki, ölən və yaralanan hərbçilər var”, - deyə məlumatda bildirilir.
Hərbçilər qeyd edirlər ki, heç bir birləşmə və ya şəxsi heyətin kütləvi toplantısı keçirilməyib.
"Hava hücumu həyəcanı elan edildikdən sonra şəxsi heyətin əksəriyyəti sığınacaqlarda olub. Zərərçəkənlərə bütün lazımi ixtisaslı tibbi yardım göstərilir", - deyə Quru Qoşunları əlavə edib.
Şəxsi itkilərin bütün hallarını və səbəblərini aydınlaşdırmaq üçün Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanlığında komissiya yaradılıb və xidməti araşdırmaya göstəriş verilib.
Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının sözçüsü Vitali Sarantsevin sözlərinə görə, ilkin olaraq zərbənin “İskəndər”lə həyata keçirildiyi məlumdur, lakin yekun nəticə zərbə yeri ekspertlər tərəfindən yoxlanıldıqdan sonra məlum olacaq.
"Hava hücumu ilə bağlı həyəcan siqnalı elan edilən zaman onlara çata bilməyənlər istisna olmaqla, bütün şəxsi heyət sığınacaqlarda idi", - deyə V.Sarantsev qeyd edib.
Xəbər lenti
Hamısına baxSosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31

