Planeti birləşdirən “yaşıl həmrəylik”
05.06.2025 [08:26]
Bu gün Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür
Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis edilən və hər il iyunun 5-də qeyd olunan Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü bütün ekoloqlar və ekoloji təşkilatlar üçün qlobal diqqəti ekoloji problemlərə cəlb etmək, habelə ətraf mühitin qorunmasına yönəlmiş siyasi marağı və müvafiq tədbirləri stimullaşdırmaq üçün əsas vasitələrdən biridir. Bu, ekoloji təqvim 1972-ci il dekabrın 15-də BMT Baş Assambleyasının 27-ci sessiyasında elan edilib. Həmin günün qeyd edilməsi hər bir insanda ətraf mühitin mühafizəsinə töhfə vermək istəyini oyatmaq və daha çox insanı planetin təbii həyat təminatı sistemlərinə artan təzyiqin kritik həddə çatmasının qarşısını almaq üçün tədbirlər görməyə təşviq etmək məqsədi daşıyır.
2050-ci ilə qədər quraqlıq dünya əhalisinin 75 faizindən çoxunu əhatə edə bilər
Təəssüf ki, Yer planetinin ekosistemləri uzun müddət istismar və məhv edilib. Dünya hər üç saniyədə bir futbol meydançası boyda meşə sahəsini itirir və planetin bataqlıq ərazilərinin və mərcan riflərinin yarısı ötən əsrdə məhv olub. Ekosistem itkisi dünyanı meşələr və torf torpaqları kimi karbon yuvalarından məhrum edir. Qlobal istixana qazları emissiyaları son üç ildir ki, ardıcıl olaraq artıb və planet potensial fəlakətli iqlim dəyişikliyinin bir addımlığındadır.
Atmosferin temperaturu insanlar və təbiət ona uyğunlaşa bilməyəcək qədər sürətlə yüksəlir; kiçilən yaşayış yerləri bir milyona yaxın növün itirilməsi ilə təhdid edir; biz isə havanı, torpağı və suyu çirkləndirməyə davam edirik. Bütün dünyada ekosistemlər təhlükə altındadır. Meşələrdən və quru ərazilərdən tutmuş əkin sahələrinə və göllərə qədər bəşəriyyətin asılı olduğu təbii məkanlar geri dönüşü olmayan nöqtəyə yaxındır. Planetin torpaqlarının 40 faizi deqradasiyaya uğrayıb və bu, dünya əhalisinin yarısına birbaşa təsir edir. 2000-ci ildən bəri quraqlıqların sayı və müddəti 29 faiz artıb. Təcili tədbirlər görülməzsə, 2050-ci ilə qədər quraqlıq dünya əhalisinin 75 faizindən çoxunu əhatə edə bilər. Üstəlik, COVID-19-un ortaya çıxması ekosistem itkisinin nə qədər fəlakətli nəticələri ola biləcəyini göstərdi. Heyvanların təbii yaşayış yerlərinin sahəsini azaltmaqla insanlar patogenlərin, o cümlədən koronavirusların yayılması üçün “ideal şərait” yaradıb.
Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü həm hər bir insan, həm də bütün dünya üçün bir hadisədir. 1972-ci ildə qeyd olunmağa başlayandan bəri bir çox ölkədə minlərlə insan ağac əkmək və vəhşi təbiət cinayətlərinə qarşı mübarizəyə qədər müxtəlif tədbirlər həyata keçirib. Bu illər ərzində müxtəlif ölkələrdən və sosial sektorlardan minlərlə insan ətraf mühitin qorunması üçün xüsusi tədbirlərdə iştirak edib. Həmin təqvim bu gün bizim hər birimizə planetimizin qayğısına qalmaq üçün məsuliyyət götürmək və dəyişikliklərə fəal töhfə vermək imkanı verir.
Yeri gəlmişkən, həmin bayram hər il müəyyən bir deviz altında keçirilir və günün mövzusu və əsas beynəlxalq tədbirlərin keçiriləcəyi yer BMT nümayəndələri tərəfindən müəyyən edilir.
2,5 milyondan çox ağac əkilib
Dünyanın müxtəlif ölkələrində olduğu kimi Azərbaycanda da ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin çirklənməsinə səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi prinsiplərini tətbiq edir.
Son illər Bakıda və ətraf yaşayış massivlərində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən kütləvi ağacəkmə aksiyaları, reintroduksiya layihələri birbaşa ətraf mühitin qorunmasına və yaşıllaşdırmaya xidmət edir.
Hər il Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşəbərpa tədbirləri həyata keçirilir, yeni meşə sahələri və yaşıllıqlar salınır, qiymətli ağac və kol cinslərinin qorunması və artırılması sahəsində işlər görülür. Ətraf mühitin mühafizəsi tədbirlərində IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi də aktiv iştirak edir.
Son illər qarşıda duran əsas prioritetlər arasında azad edilmiş ərazilərin ətraf mühitinin bərpası ön sıradadır. Həmin ərazilər minalardan təmizləndikcə görülən işlərin miqyası da genişlənir.
Ötən il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən layihələr çərçivəsində yeni ağaclar əklib, yaşıllıqlar salınıb, milli parklar yaradılıb. 2024-cü ilin dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasının - COP29-un Bakıda keçirilməsi ətraf mühit və iqlim dəyişmələri sahəsində yeni nümunəvi ekoloji platformanın əsasını qoyub.
Yeganə
Xəbər lenti
Hamısına baxDünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35

