Şüşə qablardakı içkilərdə plastik butulkalardakından daha çox mikroplastik tapılıb – TƏDQİQAT
27.06.2025 [14:26]
Fransa Qida Təhlükəsizliyi Agentliyinin (ANSES) apardığı tədqiqat şüşə qablaşdırmalarla bağlı geniş yayılmış təhlükəsizlik təsəvvürlərinə yenidən baxmağı gündəmə gətirir. “Journal of Food Composition and Analysis” jurnalında dərc edilən tədqiqatın nəticələri göstərir ki, şüşə butulkalarda satılan bəzi içkilərdə plastik butulkalara nisbətən əhəmiyyətli dərəcədə daha çox mikroplastik hissəcik mövcuddur.
AZƏRTAC “sciencealert.com” saytına istinadla xəbər verir ki, tədqiqatın əsas məqsədi Fransada istehlak edilən müxtəlif növ içkilərdə mikroplastiklərin miqdarını müəyyənləşdirmək və qablaşdırma materiallarının bu çirklənməyə təsirini təhlil etmək olub. ANSES-in tədqiqat direktoru Qiyom Düflosun verdiyi məlumata görə, analiz olunan nümunələr içərisində sərinləşdirici içkilər, qazlı içkilər, limonad, soyuq çay, pivə və şərab yer alıb. Nəticələrə əsasən, şüşə butulkalarda satılan içkilərdə 1 litrə orta hesabla 100 mikroplastik hissəcik aşkarlanıb. Bu da plastik qablardakından 5-50 dəfə yüksək göstəricidir. Plastik butulkalarda bu göstərici təxminən 1,6 hissəcik, şüşə butulkalarda isə 4,5 hissəcik təşkil edib. Limonad və pivə kimi içkilərdə mikroplastik miqdarı müvafiq olaraq 40 və 60 hissəcik/litr səviyyəsində ölçülüb.
Tədqiqat qrupu nəticələrin gözlənilməz olduğunu bildirib. Mikroplastiklərin şüşə qabların qapaqlarının kənarındakı boyadan qaynaqlandığını iddia edilir. Analiz nəticəsində bu hissəciklərin forma, rəng və polimer tərkibi baxımından qapaq boyası ilə üst-üstə düşdüyü müəyyənləşib.
Agentliyin bəyanatında qeyd edilir ki, qapaqlardakı boya səthində adi gözlə görünməyən xırda cızıqlar mövcuddur və bu da mikroplastik hissəciklərin içkiyə keçməsinə səbəb ola bilər. Bununla belə, mikroplastiklərin sağlamlıq üçün risk səviyyəsini müəyyənləşdirmək hələ ki mümkün deyil. Çünki hazırda bu istiqamətdə təsdiqlənmiş istinad dəyərləri yoxdur.
ANSES-in araşdırması içki istehsalçılarının mikroplastik çirklənməni azaltmaq üçün tədbirlər görə biləcəyini də göstərir. Qapaqların təzyiqli hava ilə üfürülməsi, ardından su və spirtlə yuyulması kimi metodlar çirklənməni 60 faizədək azalda bilər.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

