Qanda natrium səviyyəsinin iynəsiz ölçülməsi üçün yeni texnologiya hazırlanıb
07.07.2025 [09:21]
Tianjin Universitetinin tədqiqatçıları natrium səviyyələrinin iynə və ya qan nümunəsi olmadan uzunmüddətli və dəqiq monitorinqini mümkün edən yeni qeyri-invaziv texnologiya təqdim ediblər. Tədqiqatçılar terahertz (THz) radiasiyasını və optoakustik (OA) aşkarlamanı birləşdirərək, qandakı natriumun real vaxtda ölçülməsinə imkan verən multispektral terahertz optoakustik sistem inkişaf etdiriblər.
AZƏRTAC “Science Daily” portalına istinadla xəbər verir ki, yeni texnologiya ənənəvi üsulları məhdudlaşdıran əsas problemlərdən biri - terahertz radiasiyasının suda güclü şəkildə udulması çətinliyini effektiv şəkildə aradan qaldırır. Nəticədə, bu metod canlı orqanizmlərdə suyun yaratdığı siqnal müdaxiləsini minimallaşdıraraq natrium ionlarının in vivo aşkarlanmasına imkan verir. Bu yanaşma təkcə qan natrium səviyyələrinin qeyri-invaziv diaqnostikasını deyil, həm də müxtəlif biomolekulların (məsələn, şəkərlər, zülallar və fermentlər) identifikasiyasını təmin etmək potensialına malikdir.
Tədqiqat “Optica Publishing Group”un “Optica” adlı qabaqcıl elmi jurnalında dərc olunub. Burada sistemin siçanlar və insan könüllülər üzərində sınaqları təsvir olunur. Siçanlarda aparılan təcrübələrdə texnologiya 30 dəqiqədən artıq müddət ərzində milli saniyəlik zaman dəqiqliyi ilə natrium səviyyələrindəki dəyişiklikləri ölçə bilib. Ölçmələr dəri səthinin 8°C-ə qədər soyudulması ilə aparılıb ki, bu da sudan gələn fon siqnallarının zəiflədilməsinə kömək edib. İnsan qan nümunələri və sağlam könüllülər üzərində aparılan ilkin sınaqlar da texnologiyanın effektivliyini təsdiqləyib. Sistem natrium səviyyələrindəki fərqləri qeyri-invaziv şəkildə ayırd edə bilib və siqnalın gücünün dərialtı qan axını ilə mütənasib olduğunu nümayiş etdirib. Bu nəticələr sistemin real vaxt monitorinqi üçün praktiki tətbiq potensialını göstərir.
Tədqiqat qrupunun rəhbəri Zhen Tian bildirir ki, texnologiya natrium səviyyələrinin iynə olmadan izlənməsi ilə yanaşı, kritik vəziyyətdə olan xəstələrdə elektrolit balanssızlıqlarının təhlükəsiz şəkildə aradan qaldırılmasına və nevroloji fəsadların qarşısının alınmasına kömək edə bilər. Gələcək tədqiqatlarda tədqiqatçılar soyutmaya ehtiyac olmadan su fon səs-küyünü azaltmağa imkan verən yeni siqnal emal texnologiyalarını araşdırmağı və insan orqanizminin uyğun anatomik bölgələrində – məsələn, ağız boşluğunda tətbiqi imkanlarını genişləndirməyi planlaşdırırlar.
Bu yenilik biotibbi diaqnostikada terahertz texnologiyasının praktik tətbiqi istiqamətində mühüm mərhələ kimi qiymətləndirilir.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

