Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Çilidə 7,5 maqnitudalı zəlzələ olub

Çilidə 7,5 maqnitudalı zəlzələ olub

22.08.2025 [12:32]

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, cümə axşamı gecə saatlarında Çilinin cənubundakı Dreyk keçidində 7,5 maqnitudalı zəlzələ baş verib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, zəlzələnin 10,8 kilometr dərinlikdə baş verdiyi bildirilir.

Yeraltı təkanlar həm Çilinin, həm də qonşu Argentinanın bir sıra şəhərlərində hiss olunub. Dağıntılar barədə məlumat verilməyib.

Zəlzələdən sonra Çilinin Dəniz Hidroqrafik və Okeanoqrafiya Xidməti (SHOA) sunami xəbərdarlığı edib və sahilyanı ərazilərin boşaldılması göstərişi verilib.

Zəlzələ əvvəlcə təhlükəli sunami dalğaları riskini artırsa da, Sakit okean Sunami Xəbərdarlıq Mərkəzi daha sonra “Bloomberg” agentliyinə elektron poçtla göndərilən açıqlamada təhlükənin azaldığını təsdiqləyib. Mərkəz əlavə edib ki, istənilən halda sahil dalğalarının 0,3 metrdən yuxarı qalxması gözlənilmir.

Paylaş:
Baxılıb: 149 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30