Fransada hər il 1,7 milyard avro məbləğində dərmanlar israf olunur
06.09.2025 [22:29]
Fransada hər il 561 milyon ilə 1,7 milyard avro arasında dəyəri olan dərmanların israf edildiyi bildirilir. Bu barədə Fransa Hesablama Palatasının dərc etdiyi son hesabatda məlumat verilir. Sənəddə qeyd olunur ki, bu qədər ciddi maliyyə itkisi ölkənin səhiyyə sistemi üçün böyük yük yaradır və vəziyyətin dəyişməsi istiqamətində təcili və təsirli tədbirlərin görülməsinə ehtiyac var.
AZƏRTAC xəbər verir ki, hesabatda şəhərlərdə həkimlər tərəfindən təyin olunan, lakin sonradan istifadə olunmayan dərmanların bu israfın əsas səbəbi olduğu bildirilir. “Cyclamed” adlı təşkilat tərəfindən toplanan dərmanlar əsasında aparılan hesablamalara görə, 2023-cü ildə Fransada 8503 ton dərman atılıb və ya yandırılıb.
Əgər yalnız bahalı dərmanlar istisna edilərsə, itki 561-788 milyon avro arasında dəyişir. Amma bütün dərmanlar nəzərə alındıqda, bu məbləğ 1,7 milyard avroya qədər yüksəlir.
Fransa Hesablama Palatası hesab edir ki, bu dərman tullantılarının qarşısını almaq üçün daha dəqiq monitorinq və koordinasiya mexanizmləri yaradılmalıdır. Fransa Səhiyyə Nazirliyinin məlumatına görə, xroniki xəstəliklər (məsələn, diabet, yüksək təzyiq, astma) hər dörd fransızdan birini əhatə edir. Bu isə dərman istehlakının və paralel olaraq israfın həcmini daha da artırır.
Həm ekoloji, həm də iqtisadi baxımdan dərman israfının bu qədər böyük həcmdə olması Fransa səhiyyə sistemində ciddi struktur problemlərə işarə edir. Hesablama Palatası və tibbi təşkilatlar daha səmərəli idarəetmə, daha yaxşı koordinasiya və aktiv monitorinq mexanizmlərinin qurulmasının vacibliyini vurğulayır.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01

