Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb
02.07.2026 [10:37]
İyulun 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlaxa səfəri çərçivəsində “Gənc arıçı” layihəsinin iştirakçısı Süleyman Süleymanovun ailəsini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Leyla Əliyeva gənc arıçının ailə üzvləri ilə səmimi söhbət edib, onların yaşayış şəraiti, arıçılıq sahəsindəki fəaliyyəti, əldə etdikləri ilk nəticələr və gələcək planları ilə yaxından maraqlanıb, həmçinin təsərrüfatda pendirin hazırlanması prosesində iştirak edib, ailəyə hədiyyələr təqdim edib.
Görüş zamanı “Gənc arıçı” layihəsi çərçivəsində yaradılmış arıçılıq təsərrüfatı, arı ailələrinin saxlanılması, bal istehsalı və təsərrüfatın gələcək inkişaf imkanları barədə məlumat verilib. Ailə göstərilən diqqət və dəstəyə görə Leyla Əliyevaya minnətdarlığını bildirib, ona arıçılıq məhsulları hədiyyə edib.
Xatırladaq ki, layihə iştirakçısı Süleyman Süleymanov 44 günlük Vətən müharibəsi və antiterror tədbirlərində iştirak edib. O “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Qeyd edək ki, 2021-ci ildən IDEA İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və "ABAD" publik hüquqi şəxsin tərəfdaşlığı ilə həyata keçirilən “Gənc arıçı” layihəsinin məqsədi biomüxtəlifliyin qorunmasına töhfə vermək, arıçılığın ekosahibkarlıq istiqaməti kimi inkişafını təşviq etmək, təbii bal istehsalını dəstəkləmək və gənc ailələrin maddi rifahının yaxşılaşdırılmasına kömək göstərməkdir.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58

