Tbilisi meri uğrunda 9 namizəd mübarizə aparacaq
14.09.2025 [21:32]
Gürcüstanın Mərkəzi Seçki Komissiyası Tbilisi meri vəzifəsinə 9 nəfərin daxil olduğu namizədlərin siyahısını dərc edib.
AZƏRTAC xəbər verir ki, Tbilisidə mer seçkiləri oktyabrın 4-də keçiriləcək.
Tbilisi meri vəzifəsi uğrunda Teymuraz Bokelavadze (“Vətən, Dil, İnam”), Zurab Maxaradze (“Gürcüstan üçün Mühafizəkarlar”), Kaxa Kukava (“Azad Gürcüstan”), Otar Çitanava (“Gürcüstan Vətənpərvərlər Alyansı”), İrakli Kupradze (“Güclü Gürcüstan – Lelo”), Giorgi Liluaşvili (“Gürcüstan”), Giorgi Qaçeçiladze (“Yaşıllar Partiyası”), İaqo Xviçia ("Qirçi") və hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasından Kaxa Kaladze mübarizə aparacaqlar.
Qeyd edək ki, Gürcüstanın paytaxtında oktyabrın 4-də yerli məşvərət orqanının - sakrebulonun merinə və müavinlərinə seçkilər keçiriləcək.
İlkin məlumatlara görə, seçicilərin sayı 1 035 873 nəfərdir.
Qələbə qazanmaq üçün namizəd 50 faizdən çox səs toplamalıdır.
Məlumat üçün bildirək ki, Tbilisi Sakrebulo ölkənin ən böyük bələdiyyə məşvərət orqanıdır. O, 50 deputatdan ibarətdir. Deputatların 25-i partiya siyahıları ilə, qalanları isə majoritar dairələrdə səs çoxluğu ilə seçilir.
Namizədin seçilməsi üçün partiya 4 faizdən çox səs toplamalıdır. Sakrebulonun deputatı 21 yaşına çatmış və azı altı ay ölkədə yaşayan Gürcüstan vətəndaşı ola bilər.
Tbilisi meri birbaşa səsvermə yolu ilə seçilir. Namizəd 25 yaşdan yuxarı Gürcüstan vətəndaşı olmalı və ən azı altı ay ölkədə yaşamalıdır. Həm partiyalar, həm də vətəndaşların təşəbbüs qrupları bu vəzifəyə namizəd irəli sürə bilərlər. Səsverməyə gələn seçicilərin 50 faizdən çoxu ona səs verərsə, namizəd seçilmiş sayılır.
Tbilisidə səsvermədə yalnız 18 yaşı tamam olmuş, paytaxtda qeydiyyatda olan və ya faktiki olaraq şəhərdə yaşayan Gürcüstan vətəndaşları iştirak edə bilər.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirak edənlərin yekun siyahısına 12 partiya daxil edilib.
Xəbər lenti
Hamısına baxMüsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35

