Ümumdünya Meteorologiya Təşkilatı: Atmosferdə karbon qazının səviyyəsi rekord həddə çatıb
17.10.2025 [18:34]
Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) yeni hesabatı göstərir ki, atmosferdəki karbon qazının konsentrasiyası müşahidələr tarixində ən yüksək səviyyəyə çatıb.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu artım qlobal istiləşmənin daha da artması və ekstremal hava hadisələri riskini artırır.
Gələn ay Braziliyada keçiriləcək BMT-nin İqlim Dəyişmələri Konfransı ərəfəsində açıqlanan məlumatlara görə, orta qlobal CO₂konsentrasiyası 2023-cü ildən 2024-cü ilə qədər milyonda 3,5 hissə artıb – bu, 1957-ci ildə müntəzəm ölçmələrin başlanmasından bəri ən əhəmiyyətli artımdır.
Ekspertlər karbon qazının səviyyəsinin yüksəlməsini qazıntı yanacağının davam edən yandırılması və miqyaslı, xüsusilə də Cənubi Amerikada meşə yanğınları ilə əlaqələndirirlər. ÜMT emissiyaların azaldılması üçün təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayır.
Ümumdünya Meteorologiya Təşkilatının Baş katibinin müavini Ko Barretin bildirdiyinə görə, CO₂və digər istixana qazlarının tutduğu istilik iqlimə dağıdıcı təsir göstərir və ekstremal hava hadisələrini gücləndirir.
Qeyd edilir ki, digər əsas istixana qazları- metan və azot oksidinin konsentrasiyası da sənayedən əvvəlki səviyyələrlə müqayisədə müvafiq olaraq 16% və 25% artaraq rekord səviyyələrə çatıb.
Atmosferdə CO₂ konsentrasiyalarının artım templəri yüksəlir. 1960-cı illərdə orta illik artım 0,8 ppm olduğu halda, son on ildə bu nisbət üç dəfə artaraq ildə 2,4 ppm-ə çatıb. Ümumdünya Mütüorologiya Təşkilatının məlumatına görə, cari karbon qazının səviyyəsi 423 ppm-ə çatıb ki, bu da sənaye inqilabından əvvəlki səviyyədən 52% yüksəkdir. Hazırda istehsal olunan emissiyalar bu qazın atmosferdə uzun müddət qalması səbəbindən yüz illər boyu qlobal iqlimə təsir göstərəcək.
İllik CO₂emissiyalarının təxminən yarısı ənənəvi olaraq meşələr və okeanlar tərəfindən udulurdu. Lakin qlobal temperatur yüksəldikcə bu təbii buferlər effektivliyi itirir. Okeanlar isti suda karbon qazını daha çətinliklə həll edir, quruda olan ekosistemlər isə quraqlıq və yanğınlardan əziyyət çəkir.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04

