Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Rusiyanın Surqut şəhərində baş verən yanğında 7 nəfər həlak olub

Rusiyanın Surqut şəhərində baş verən yanğında 7 nəfər həlak olub

05.11.2025 [12:38]

Noyabrın 5-nə keçən gecə Rusiyanın Surqut şəhərinin yaxınlığındakı “Pribrejnıy-1” bağçılıq kooperativində dördü uşaq olmaqla yeddi nəfərin həyatına son qoyan güclü yanğın baş verib.

AZƏRTAC Rusiya İstintaq Komitəsinin region üzrə idarəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ikimərtəbəli bağ evi alovlanıb. Yanğınsöndürənlər gələnə qədər dam örtüyü uçub və dağıntılar altından üç yetkin və dörd uşağın cəsədi tapılıb. Yanğını təxminən iki saatdan sonra, yalnız səhər saatlarında söndürmək mümkün olub. Üç nəfər xilas ola bilib, onlardan biri yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, faciəyə elektrik naqillərinin nasazlığı və ya istilik sistemi səbəb ola bilər. Bağ evində yaşayan ailə uşaqların müdafiəsi orqanlarında qeydiyyatda olub.

Yuqra Səhiyyə İdarəsi bildirib ki, zərərçəkənlərdən birinin vəziyyəti ağırdır. Sağ qalan digər iki nəfər xəstəxanaya yerləşdirilməkdən imtina edib.

Paylaş:
Baxılıb: 686 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30