Hesabat: Yer əhalisinin yalnız üçdə dördü internetə çıxış əldə edib
20.11.2025 [14:23]
Bu ilin noyabr ayına olan vəziyyətə görə, dünya əhalisinin təxminən üçdə dörd hissəsi internetə çıxış imkanı var. 15–24 yaş arası gənclər ən aktiv istifadəçi qrupu hesab olunur.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) noyabrın 17-də yayımlanmış hesabatında bildirilir.
Sənədə əsasən, son il ərzində qlobal şəbəkəyə 240 milyondan çox insan qoşulub və hazırda planetin təxminən altı milyard sakini onlayn rejimdədir. Bununla yanaşı, təxminən 2,2 milyard insan hələ də rəqəmsal məkandan kənarda qalır ki, bu da ümumi və bərabərhüquqlu rəqəmsal əlçatanlığın təmin edilməsinin vacibliyini önə çıxarır.
BTİ-nin Baş katibi Dorin Boqdan-Martin qeyd edib ki, müasir həyat rəqəmsal texnologiyalar olmadan mümkün deyil və deməli, hər bir insanın internetdən istifadə etmək imkanı olmalıdır. Qoşulmanın keyfiyyəti, yəni sürət, etibarlılıq və əlçatanlıq, həmçinin rəqəmsal bacarıqların səviyyəsi insanların rəqəmsal imkanlardan faydalana bilməsini müəyyən edən əsas amillərdir.
Hesabatda ilk dəfə olaraq beşinci nəsil şəbəkələr (5G) haqqında məlumatlar təqdim edilib. Hazırda bu şəbəkələrdən təxminən üç milyard insan istifadə edir ki, bu da bütün mobil qoşulmaların üçdə birini təşkil edir. 5G şəbəkələri dünya əhalisinin 55 faizini əhatə edir, lakin onlara çıxış son dərəcə qeyri-bərabərdir, belə ki, yüksək gəlirli ölkələrdə əhalinin 84 faizi 5G-yə qoşula bildiyi halda, aşağı gəlirli ölkələrdə bu göstərici cəmi 4 faizdir. Bununla yanaşı, varlı ölkələrin istifadəçiləri kasıb bölgələrdə yaşayan insanlara nisbətən təxminən səkkiz dəfə çox mobil trafik generasiya edir ki, bu da qoşulma keyfiyyətindəki fərqi nümayiş etdirir.
İnternetin əlçatanlığı məsələsi aktual olaraq qalır. Mobil internetin orta qiyməti azalsa da, aşağı və orta gəlirli ölkələrin 60 faizində əhalinin böyük bir hissəsi üçün hələ də əlçatandır sayılmır. İstifadəçilərin əksəriyyəti yalnız təməl səviyyəsində rəqəmsal bacarıqlara malikdir, onlayn təhlükəsizliyin təmin edilməsindən tutmuş kontent yaradılmasına qədər daha mürəkkəb bilik və bacarıqlar isə son dərəcə ləng inkişaf edir.
BTİ-nin Telekommunikasiya İnkişaf Bürosunun direktoru Kosmas Lakison Zavazava vurğulayıb ki, ümumi və təhlükəsiz rəqəmsal mühitə nail olmaq üçün infrastruktur, təlim və məlumat toplama sistemlərinə məqsədyönlü investisiyalar zəruridir.
Hesabat həmçinin gəlir səviyyəsi, cins və yaşayış yeri üzrə rəqəmsal fərqləri göstərir. Yüksək gəlirli ölkələrdə əhalinin 94 faizi internetdən istifadə etdiyi halda, aşağı gəlirli ölkələrdə bu göstərici cəmi 23 faizdir. Oflayn qalan insanların böyük əksəriyyəti yoxsul və inkişaf etməkdə olan regionlarda yaşayır. Kişilər qadınlara nisbətən daha çox internetdən istifadə edir (71 faizə qarşı 77 faiz), şəhər əhalisi isə kənd sakinlərindən daha çox onlayndır (58 faiz faizə qarşı 85 faiz). 15–24 yaşlı gənclərin 82 faizi internetdədir, digər yaş qruplarında isə bu göstərici 72 faiz təşkil edir.
BTİ-nin hesabatı qlobal rəqəmsallaşmada mühüm irəliləyişin əldə olunduğunu qeyd etsə də, internetə çıxış üçün mövcud maneələrin aradan qaldırılmasının zəruriliyini də xatırladır. Əlçatan infrastruktur, ədalətli qiymətlər və rəqəmsal bacarıqların inkişafı olmadan milyonlarla insan rəqəmsal dünyanın kənarında qalmaq riski ilə üz-üzədir.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22

