Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Macarıstanda süni intellekt üzrə yeni ali qurum yaradılıb

Macarıstanda süni intellekt üzrə yeni ali qurum yaradılıb

15.12.2025 [20:57]

Macarıstan hökuməti Avropa İttifaqının süni intellektlə bağlı tənzimləmələrinin ölkə daxilində icrasını təmin edəcək yeni ali qurumun yaradıldığını elan edib.

AZƏRTAC xəbər verir ki, dekabrın 15-də Energetika Nazirliyində keçirilən təsis iclasında Macarıstan Süni İntellekt Şurası fəaliyyətə başlayıb.

Şuraya süni intellekt üzrə hökumət komissarı Palkoviç Laslo rəhbərlik edəcək, baş katib vəzifəsi isə “Neumann” Texnologiya Platformasının texnoloji tənzimləmə rəhbəri Vayda Viktoraya həvalə olunub.

Yeni qurum Aİ-nin “AI Act” adlı süni intellekt qaydasının Macarıstanda tətbiqinə nəzarət etməklə yanaşı, strateji qərarların hazırlanmasına da dəstək verəcək. Palkoviç Laslo bildirib ki, süni intellekt yalnız dövlət qurumlarının məsuliyyətində qala bilməz. Buna görə də şurada elm, akademik mühit, universitetlər, nəzarət orqanları və iqtisadi sektorun nümayəndələri bir araya gətirilib. Bu geniş və üfüqi struktur sahə üzrə yaranan bütün məsələlərə kompleks yanaşmanı təmin etməlidir.

Paylaş:
Baxılıb: 785 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30