Bu gün Brüsseldə Avropa İttifaqı Şurasının iclası işə başlayır
18.12.2025 [08:16]
Bu gün Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının iclası işə başlayır.
AZƏRTAC xəbər verir ki, Aİ rəhbərliyi və İttifaqa üzv ölkələrin dövlət və hökumət başçıları iclasda Ukrayna, növbəti çoxillik maliyyə çərçivəsi, genişlənmə və Aİ-nin geoiqtisadi vəziyyətinə dair strateji mövzularda müzakirələr aparacaqlar. İclasın gündəliyinə Yaxın Şərq, Avropanın müdafiəsi və miqrasiya məsələləri də daxil edilib.
Avropalı liderlər oktyabrda keçirilmiş sonuncu iclasda Ukraynanın 2026-2027-ci illərdəki maliyyə ehtiyaclarının, o cümlədən hərbi və müdafiə sahəsində tələblərinin ödənməsi ilə bağlı götürdükləri öhdəliyin icra yollarını müzakirə edəcəklər. Xüsusilə Ukraynaya güclü və etibarlı təhlükəsizlik zəmanətlərinin verilməsi, ədalətli və davamlı sülhün təmin edilməsi üçün rəsmi Kiyevin danışıqlarda mövqeyinin gücləndirilməsi, Rusiyaya təzyiqi artırılması və Avropanın maraqlarını qorunması imkanları diqqət mərkəzində saxlanılacaq.
İclasda, həmçinin Aİ-nin növbəti çoxillik maliyyə çərçivəsi üzrə əldə olunmuş irəliləyiş, İttifaqın genişlənməsi, bəzi namizəd ölkələrin irəliləyişləri və genişlənmə strategiyasının gələcək istiqaməti müzakirə ediləcək.
Liderlər geoiqtisadi geoiqtisadi vəziyyət və onun Aİ-nin rəqabət qabiliyyətinə təsiri barədə də fikir mübadiləsi aparacaqlar. Xüsusilə artan geoiqtisadi rəqabət və qaydalara əsaslanan iqtisadi münasibətlərdə dəyişikliklər fonunda əsas üç məsələ - Aİ-nin xarici iqtisadi və siyasi təzyiqlərdən qorunması, Aİ-nin ticarət gündəliyinin sürətləndirilməsi, eləcə də strateji müstəqillik və rəqabətqabiliyyətli iqtisadiyyatların təşviqi diqqət mərkəzində saxlanılacaq.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39

