Fransada fermerlər “İlbiz əməliyyatı” həyata keçirib, yolu bağlayıblar
14.01.2026 [20:43]
Fransanın Var departamentində fermerlərin keçirdikləri etiraz aksiyası bu gün səhər saatlarında A50 avtomagistralında ciddi nəqliyyat problemlərinə səbəb olub. Marsel ilə Tülon şəhərlərini birləşdirən əsas yolda, Bandol və Sen-Sir-sür-Mer arasında fermerlər tərəfindən təşkil edilən “İlbiz əməliyyatı” nəqliyyatın hərəkətini çətinləşdirib.
AZƏRTAC yerli radioya istinadla xəbər verir ki, fermerlər traktorlarla “La Kadyer-d’Azur” körpüsü istiqamətində hərəkət edərək, yolun üç hərəkət zolağından ikisini tutublar. Bu isə Tülon–Marsel istiqamətində uzun tıxaclara və ciddi ləngimələrə səbəb olub.
Aksiyada, əsasən, üzümçülük sahəsində fəaliyyət göstərən fermerlər iştirak ediblər. Onlar istehsal xərclərinin artmasından, gəlirlərin azalmasından və ümumilikdə əlverişsiz iqtisadi şərtlərdən narazı olduqlarını deyiblər. Fermerlər təsərrüfatlarının dayanıqlığını qorumaq üçün dövlət orqanlarını daha konkret və təsirli dəstək tədbirlərini həyata keçirməyə çağırıblar.
Yerli kənd təsərrüfatı təşkilatlarının nümayəndələri, xüsusilə, Var departamentinin FDSEA həmkarlar ittifaqının və Gənc Fermerlər Birliyinin təmsilçiləri bu etiraz aksiyalarını kənd təsərrüfatı sektorundakı ağır iqtisadi vəziyyətə etiraz və çətin vəziyyətdə olan sahələrə dəstək məqsədilə təşkil etdiklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

