Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Tramp: İran danışıqlar aparmaq istəyir

Tramp: İran danışıqlar aparmaq istəyir

22.01.2026 [15:46]

ABŞ Prezidenti Donald Tramp beynəlxalq arenadakı fəaliyyətlərini tərifləyərək, qlobal təhlükələrin azalmaqda olduğunu deyib.

AZƏRTAC xəbər verir ki, Tramp ötən yay İranın nüvə obyektlərinə endirilən zərbələrə toxunaraq, bu əməliyyatların ölkənin nüvə potensialını tamamilə məhv etdiyini bildirib.

“İran danışıqlar aparmaq istəyir və aparacaq”, - deyə Tramp vurğulayıb.

O bildirib ki, bir çox müsbət hadisə baş verir və Avropa, ABŞ və Yaxın Şərq üçün mövcud olan təhdidlər həqiqətən də azalır.

“Cəmi bir il əvvəl dünya demək olar ki, alov içində idi və bir çox insan bunun fərqində belə deyildi”, - deyə Tramp əlavə edib.

Paylaş:
Baxılıb: 285 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30