Avropa İttifaqında elektrik avtomobillərin bazardakı payı artmaqdadır
27.01.2026 [17:26]
Ötən il Avropa İttifaqında (Aİ) 10,8 milyondan çox yeni minik avtomobili qeydiyyata alınıb ki, bu da əvvəlki illə müqayisədə 1,8 faiz çoxdur. Ötən illə müqayisədə tam elektrikli avtomobillərin satışı yenidən nəzərəçarpacaq dərəcədə artıb. İl ərzində 1,9 milyona yaxın elektrik avtomobil satılıb ki, bu da 2024-cü ilə nisbətən 29,9 faiz çoxdur. Elektrik avtomobillər artıq bazarın 17,4 faizini təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatında qeyd olunub.
Ötən il Aİ-də ən populyar ötürücü növü hibrid avtomobillər olub. Onların bazar payı 34,5 faizə çatıb. Benzin və dizel mühərrikli avtomobillərin payı isə 35,5 faizə düşüb ki, bu da bir il əvvəlkindən təxminən 10 faiz azdır.
Tam elektrik avtomobillərin satışı xüsusilə Almaniyada kəskin artıb – 43,2 faiz. Sonrakı yerlərdə Niderland (18,1 faiz), Belçika (12,6 faiz) və Fransa (12,5 faiz) qərarlaşıb. Bununla yanaşı, Avropada elektromobillərə keçid səviyyəsi qeyri-bərabərdir. Danimarkada satılan avtomobillərin təxminən 80 faizi elektriklə işlədiyi halda, Niderlandda bu göstərici təxminən üçdə ikiyə çatır. Şərqi və Cənubi Avropa ölkələri bu baxımdan xeyli geridə qalır.
Batareyalı avtomobillərə tələbatın artmasına baxmayaraq, “Tesla”nın Aİ bazarında satışları xeyli azalıb. Aİ-də cəmi 150 mindən bir qədər çox “Tesla” modeli qeydiyyata alınıb ki, bu da əvvəlki illə müqayisədə 38 faiz azdır. BYD isə Aİ-də satışlarını üç dəfədən çox artıraraq 129 minə çatdırıb.
ACEA Avropada minik avtomobilləri, furqonlar, yük maşınları və avtobuslar istehsal edən 17 aparıcı şirkəti təmsil edir. Ümumilikdə 13,6 milyon nəfərin çalışdığı avtomobil sektoru Avropada ən böyük sənaye sahələrindən biridir.
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28

