Kuba son onilliklərin ən ağır iqtisadi böhranını yaşayır
10.02.2026 [13:43]
İlin əvvəlindən Kubada vəziyyət əhəmiyyətli dərəcədə pisləşib. ABŞ embarqonu sərtləşdirib, neft isə demək olar ki, adaya daxil olmur.
AZƏRTAC xəbər verir ki, Kubada ictimai həyat kəskin şəkildə məhdudlaşdırılıb, enerji təchizatı isə qənaət rejiminə keçirilib. Avtobuslar, bərələr və qatarlar fasilələrlə işləyir. “Tagesschau” portalının yazdığına görə, məktəblər və universitetlər dərslərin müddətini azaldır və ya məcbur olaraq davamiyyəti tamamilə ləğv edir. Dövlət qulluqçularından da səfərlərin sayının azaldılması gözlənilir və onlar həftədə dörd gün işləyirlər.
Dövlət televiziyasının efirində çıxış edən baş nazirin müavini Oskar Peres-Oliva bildirib ki, yanacaq ilk növbədə səhiyyə, elektrik enerjisinin istehsalı və ərzaq təminatı üçün istifadə olunacaq. “Bu, ilk növbədə su təchizatını da əhatə edir, həyati əhəmiyyətli xidmətlərin göstərilməsi davam edəcək”, – deyə Peres-Oliva qeyd edib.
Baş nazirin sözlərinə görə, enerji və ərzaq böhranı ilə əlaqədar ciddi məhdudiyyətlər tətbiq olunur. Bu, qismən ABŞ embarqosu səbəbindən baş verir, eyni zamanda daxildəki çatışmazlıqlarla da bağlıdır.
Venesueladan tədarüklər dayandırıldıqdan sonra adaya demək olar ki, neft daxil olmur. Avtobuslar fasilələrlə işləyir, qaz plitələri və qızdırıcılar isə fəaliyyətsizdir. Adada havanın temperaturu sıfır dərəcəyədək enib ki, bu da görünməmiş hadisədir. Qaz çatışmazlığı səbəbindən Havananın bir çox sakinləri yenidən odun kömüründə yemək bişirməyə məcbur qalıb.
Meksika ənənəvi olaraq Kubaya neft ixrac edən ölkədir, lakin Donald Tramp blokadanı pozan ölkələrə qarşı əlavə rüsumlar tətbiq edəcəyi ilə hədələyib. Hətta Meksikanın sol-mərkəzçi prezidenti Klaudiya Şeynbaum da ehtiyatlı mövqe nümayiş etdirir.
Humanitar yardım neft qədər vacibdir, belə ki, kubalılar kəskin çatışmazlıqdan, o cümlədən ərzaq və dərman qıtlığından əziyyət çəkirlər. Bunun nəticəsi olaraq aclıq və xəstəliklər artır. Kuba pesosu faktiki olaraq dəyərini itirib. Vəziyyətin daha da ağırlaşacağı gözlənilir.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

