Türkiyədə bərpaolunan mənbələrdən enerji istehsalı artır
23.02.2026 [20:10]
Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyinin açıqlamasına görə, hazırda bərpaolunan enerji ümumi quraşdırılmış elektrik enerjisi tutumunun 77.114 meqavatını və ya 62,5 faizini təşkil edir.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, yanvar ayının sonuna olan məlumata görə, quraşdırılmış elektrik enerjisi tutumunda Günəş enerjisinin payı 25.827 meqavata və ya 20,9 faizə, külək enerjisinin payı isə 12,1 faizlik payını qoruyaraq 14.862 meqavata çatıb. Günəş və külək enerjisinin quraşdırılmış ümumi gücü yanvar ayında 40.689 meqavata çatıb ki, bu da 33 faizlik pay deməkdir.
Energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkiyənin quraşdırılmış Günəş və külək enerjisi tutumunu 2035-ci ilə qədər 120.000 meqavata çatdırmağı hədəflədiklərini bildirib. O əlavə edib: “Son 23 ildə ölkəmizdə bərpaolunan enerji sahəsində səssiz bir inqilab həyata keçirdik. Quraşdırılmış Günəş və külək gücümüzü demək olar ki, sıfırdan bu gün 40.000 meqavata çatdırdıq. Beləliklə, külək və Günəş enerjisi sahəsində 120.000 meqavat hədəfimizin üçdə birinə nail olduq”.
Daha sonra 120.000 meqavatlıq hədəfə çatmaq üçün fərqli modellər tətbiq etdiklərini vurğulayan Bayraktar qeyd edib: “Bunlardan biri bərpaolunan enerji resursları sahələridir (YEKA). İnvestorların böyük marağını cəlb edən YEKA tenderlərinə keçən il 3800 meqavat güc ayırdıq. Hər il ən azı 2000 meqavat YEKA tenderləri təşkil etməyə davam edəcəyik. Bundan əlavə, sənayeçilərimizin özünün istehlakı üçün Günəş elektrik stansiyalarına (GES) marağı davam edir. Bu çərçivədə yanvar ayında onların özünün istehlakı üçün 3500 meqavat güc ayıracağımızı elan etdik. Burada öz istehlakı üçün elektrik enerjisi istehsal edəcək dövlət qurumlarına və strateji sektorlara üstünlük verəcəyik”.
Bayraktar hökumətlərarası müqavilələr vasitəsilə daha rəqabətli qiymətlərlə genişmiqyaslı layihələr hazırlandığını və Səudiyyə Ərəbistanının Türkiyədə ümumi gücü 5000 meqavat olan Günəş və külək elektrik stansiyaları inşa edəcəyini bildirib. O əlavə edib: “İlk mərhələdə imzaladığımız 2000 meqavatlıq Günəş elektrik stansiyası layihələri ilə Türkiyədə ən ucuz elektrik enerjisini 25 il müddətinə sabit qiymətə alacağıq. Qarşılıqlı qazanc prinsipi əsasında hərəkət edərək qarşıdakı dövrdə yeni ikitərəfli müqavilələr bağlaya bilərik. Yeni müqavilələr quraşdırılmış gücümüzü və təchizat təhlükəsizliyini daha da artıracaq”.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

