Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Küveyt neft ixracı sahəsində fors-major elan edib

Küveyt neft ixracı sahəsində fors-major elan edib

08.03.2026 [14:19]

Küveyt xam neft satışı üzrə fors-major elan edib. OPEC-də beşinci böyük neft istehsalçısı olan bu Körfəz ölkəsi neft hasilatını da azaldıb.

AZƏRTAC Küveyt Neft Korporasiyasının bəyanatına istinadla xəbər verir ki, bu addım İranın Küveytə qarşı təcavüzü və Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidinə qarşı təhdidlər səbəbindən atılıb.

“Bloomberg” agentliyinin məlumatına görə, azalma şənbə günü gündəlik 100 min barel həcmində olub və bu həcm tədricən arta bilər. Fors-major halı bərpa dövrü ərzində şirkəti müqavilə öhdəliklərindən azad edir.

Qeyd edilir ki, Küveyt yanvar ayında təxminən gündəlik 2.57 milyon barel neft çıxarıb. Hörmüz boğazı Küveyt neftinin dünya bazarına çıxışı üçün yeganə yoldur.

Paylaş:
Baxılıb: 358 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30