Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyənin Samsun şəhərində pilotsuz aparat qəzaya uğrayıb

Türkiyənin Samsun şəhərində pilotsuz aparat qəzaya uğrayıb

17.05.2026 [09:54]

Türkiyənin Samsun vilayətinin İlkadım rayonunda qəzaya uğrayan pilotsuz uçuş aparatı yerli sakinlər arasında təşvişə səbəb olub.

AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, güclü səsə oyanan sakinlər əvvəlcə hadisənin məişət qazının partlaması nəticəsində baş verdiyini düşünüblər.

Partlayış dalğası yaxınlıqdakı evlərin pəncərələrini sındırıb, digər maddi ziyan vurub. Xəsarət alan olmayıb.

Hadisə yerinə operativ şəkildə polis əməkdaşları, həkim briqadaları və yanğınsöndürənlər cəlb olunub.

Ərazi mühasirəyə alınıb, qanad açıqlığı təxminən bir metr olan pilotsuz uçuş aparatının qalıqları aşkarlanıb.

Qalıqlar texniki ekspertizaya göndərilib.

Son illər Türkiyənin Qara dəniz sahilində dəfələrlə idarəetməni itirmiş pilotsuz uçuş aparatları və ekipajsız katerlər aşkarlanıb.

Paylaş:
Baxılıb: 91 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31