İƏİT: Qlobal iqtisadiyyat son 40 ilin ən dərin tənəzzülü ilə üzləşir
03.06.2026 [13:41]
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) xəbərdarlıq edib ki, Yaxın Şərqdə uzanan münaqişə COVID-19 pandemiyası və 2009-cu il qlobal maliyyə böhranının təsirini çıxmaq şərti İlə, son dörd onillikdə ən ciddi qlobal iqtisadi yavaşlamaya səbəb ola bilər.
AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, Parisdə yerləşən təşkilatın son iqtisadi proqnozuna görə, qiymət təzyiqləri və zəifləmiş tələbat bir müddət davam edəcək və hətta Hörmüz boğazının potensial açılmasından sonra vəziyyət daha da pisləşə bilər.
İƏİT-in yeni iqtisadi proqnozuna görə, Yaxın Şərqdə davam edən gərginlik qlobal iqtisadiyyat üçün qeyri-müəyyənliyin əsas amilinə çevrilib. Təşkilat qeyd edir ki, enerji təchizatında fasilələr, neft və qaz qiymətlərinin artması və qlobal təchizat zəncirlərindəki pozuntular inflyasiya təzyiqlərini artırır və iqtisadi fəaliyyəti məhdudlaşdırır.
Təşkilatın baş iqtisadçısı Stefano Skarpetta qlobal iqtisadiyyatın yenidən ciddi təzyiq altında olduğunu və gələcək inkişafların əsasən münaqişənin müddətindən asılı olacağını bildirib.
Böhranın tədricən yumşalmasını və enerji təchizatının bərpasını nəzərdə tutan baza ssenarisinə görə, qlobal iqtisadiyyat 2026-cı ildə 2,8 faiz, 2027-ci ildə isə 3,1 faiz artacaq. Lakin fasilələr 2027-ci ilə qədər davam edərsə, qlobal artım 2026-cı ildə 2,1 faizə, 2027-ci ildə isə 1,8 faizə qədər yavaşlaya bilər. Bu, onilliklərin ən aşağı göstəricilərindən biri olacaq və bəzi ölkələri tənəzzülə sürükləyə bilər.
İƏİT, həmçinin inflyasiyanın sürətlənməsi, işsizliyin artması, süni intellekt layihələrinə investisiyaların azalması və maliyyə bazarlarında aktivlərin yenidən qiymətləndirilməsi riski barədə xəbərdarlıq edir.
Təşkilat vurğulayıb ki, dövlət borcunun yüksək səviyyəsi səbəbindən hökumətlərin iqtisadiyyatı dəstəkləmək imkanları məhdud olaraq qalır. Bununla belə, genişmiqyaslı istehlakçı dəstəyi tədbirləri məhdud təklif qarşısında enerji tələbatını daha da stimullaşdıra bilər.
Xəbər lenti
Hamısına baxSosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41

