Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirilib

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirilib

16.06.2026 [09:20]

Suriya və İraqın təhlükəsizlik qurumlarının birgə keçirdiyi əməliyyat nəticəsində beynəlxalq narkotik qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, şəbəkə üzvləri saxlanılıb.

AZƏRTAC xəbər verir ki, Suriya Daxili İşlər Nazirliyinin məlumatına görə, Homs və Deyr əz-Zor vilayətlərində eyni vaxtda həyata keçirilən əməliyyat zamanı 800 min ədəd kaptaqon həbi və 60 kiloqram həşiş müsadirə olunub.

İraqın Narkotiklər və Psixotrop Maddələr üzrə Baş İdarəsi isə bildirib ki, əməliyyat nəticəsində, həmçinin doqquz iri narkotik alverçisinin daxil olduğu beynəlxalq şəbəkə dağıdılıb və 200 kiloqram müxtəlif növ narkotik maddə ələ keçirilib.

Tərəflər əməliyyatın iki ölkə arasında yüksək səviyyəli koordinasiya və kəşfiyyat əməkdaşlığı nəticəsində həyata keçirildiyini vurğulayıblar.

BMT-nin məlumatına görə, Suriya 2025-ci ildə narkotik istehsal edən 15 laboratoriyanı və 13 kiçik anbarı məhv edib.

Paylaş:
Baxılıb: 84 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30