Fransada “Rafale F5” döyüş təyyarələri üçün yeni nəsil hipersəs nüvə raketi hazırlanır
16.06.2026 [22:56]
Fransanın Müdafiə Nazirliyinin Silahlanma Baş İdarəsi (DGA) ölkənin yeni nəsil nüvə çəkindirmə qabiliyyətinin əsas elementlərindən biri olacaq dördüncü nəsil hava-yer nüvə raketi ASN4G-nin hazırlanmasının MBDA şirkətinə həvalə ediləcəyini açıqlayıb. Yeni raketin 2035-ci ildən etibarən gələcəyin “Rafale F5” döyüş təyyarələrində istifadəyə verilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, DGA-nın açıqlamasına görə, ASN4G xüsusilə yüksək hipersəs sürəti sayəsində müasir və gələcək təhlükələr fonunda Fransanın havaəsaslı nüvə çəkindirmə potensialının etibarlılığını qorumağa imkan yaradacaq. Yeni raket hazırda istifadə olunan modernləşdirilmiş ASMPA raketini əvəz edəcək.
Mütəxəssislərin qiymətləndirmələrinə əsasən, ASN4G-nin sürəti Mach 5-dən (təxminən saatda 6130 kilometr) Mach 7-yə (saat 8600 kilometr) çata bilər. Bu xüsusiyyət raketin düşmən hava müdafiə sistemləri tərəfindən aşkarlanmasını və qarşısının alınmasını xeyli çətinləşdirəcək.
Yeni raketin uçuş məsafəsinin 1000 kilometrdən çox olacağı bildirilir ki, bu da ASMPA-nın imkanlarından təxminən iki dəfə artıqdır. DGA vurğulayır ki, ASN4G əvvəlki sistemlərlə müqayisədə texnoloji baxımdan tamamilə yeni mərhələni təmsil edir və bu sahədəki bilik və sənaye imkanlarına dünyada çox az ölkə malikdir.
ASN4G-dən həm Strateji Hərbi Hava Qüvvələri, həm də Nüvə Dəniz Aviasiyası tərəfindən istifadə ediləcək. Raketin əsas daşıyıcısı isə hazırda hazırlanmaqda olan “Rafale F5” döyüş təyyarəsi olacaq.
2033-cü ildə xidmətə qəbul edilməsi gözlənilən “Rafale F5” yeni nəsil AESA radarı, təkmilləşdirilmiş infraqırmızı sensorlar və pilotsuz döyüş aparatları ilə birgə əməliyyat imkanları ilə təchiz ediləcək. Təyyarə kəşfiyyat, radioelektron mübarizə və zərbə missiyalarını yerinə yetirən gizli döyüş dronlarını idarə edə biləcək.
Fransa rəsmilərinin planına görə, ASN4G raketi 2050-ci illərə qədər ölkənin nüvə çəkindirmə sisteminin əsas elementlərindən birinə çevriləcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

