Özbəkistan iqtisadiyyatında yeni investisiya hədəfləri açıqlanıb
17.06.2026 [21:43]
Özbəkistan investisiya mühitinin yaxşılaşdırılması, yüksəktexnologiyalı sənayenin inkişafı və yeni iqtisadi sahələrə sərmayələrin cəlb edilməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirir.
AZƏRTAC xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Beşinci Daşkənd Beynəlxalq İnvestisiya Forumunun açılışında bildirib. Dövlət başçısı qeyd edib ki, son illərdə Özbəkistan 150 milyard dollardan çox xarici investisiya cəlb edib. Bunun 123 milyard dolları son beş ilin payına düşür. Ötən il ölkə iqtisadiyyatına 43 milyard dollar xarici sərmayə yatırılıb, ÜDM artımı isə 7,7 faiz təşkil edib.
Prezident bildirib ki, Özbəkistan növbəti illərdə yüksəktexnologiyalı istehsalın həcmini 2,5 dəfə artırmağı, kimya sənayesi, maşınqayırma, robototexnika, elektrotexnika və əczaçılıq sahələrində 20 milyard dollarlıq layihələr həyata keçirməyi planlaşdırır.
Şavkat Mirziyoyev çıxışında süni intellekt və yaşıl enerji sahələrinin də prioritet istiqamətlər olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkə növbəti illərdə elektrik enerjisi istehsalında yaşıl enerjinin payını 54 faizə çatdırmağı, süni intellekt sektorunda isə 10 milyard dollaradək əlavə dəyər yaratmağı hədəfləyir.
Dövlət başçısı, həmçinin bildirib ki, Özbəkistanın yeraltı sərvətlərinin ümumi dəyəri təxminən 3 trilyon dollar qiymətləndirilir. Ölkə strateji xammal sahəsinə xarici investisiyaların cəlb edilməsini genişləndirmək niyyətindədir.
Nəqliyyat, logistika və şəhərsalma layihələrinə də toxunan Prezident qeyd edib ki, yeni Daşkənd Beynəlxalq Aeroportunun tikintisi aparılır və layihə ildə 20 milyon sərnişinə xidmət göstərmək imkanına malik olacaq.
Şavkat Mirziyoyev bildirib ki, Özbəkistan xarici investorlar üçün hüquqi təminatları gücləndirmək, yeni maliyyə imkanları yaratmaq və ölkəni regional investisiya mərkəzinə çevirmək məqsədi daşıyır.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

