Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Konqoda “Ebola” virusundan ölənlərin sayı 245 nəfərə çatıb

Konqoda “Ebola” virusundan ölənlərin sayı 245 nəfərə çatıb

20.06.2026 [20:54]

Konqo Demokratik Respublikasında (KDR) “Ebola” virusundan ölənlərin sayı 245-ə yüksəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Samuel Rocer Kamba İturi əyalətinin Bunia şəhərində keçirilən brifinqdə məlumat verib. Onun sözlərinə görə, indiyədək 933 yoluxma halı qeydə alınıb, onlardan 245-i ölümlə nəticələnib.

Nazir bildirib ki, hazırda 416 xəstə xəstəxanada müalicə alır, 80 nəfər isə sağalaraq evə buraxılıb. Ölüm göstəricisi 26 faiz təşkil edir.

Kamba qeyd edib ki, xəstəliyin yayılmasının izlənməsi və erkən aşkarlanması yaxşılaşıb, həmçinin əhalinin səhiyyə sisteminə inamı artıb. Onun sözlərinə görə, “Ebola” xəstələrinin müalicəsi üçün çarpayı sayı 516-ya çatdırılıb və müalicə mərkəzləri genişləndirilir.

Paylaş:
Baxılıb: 454 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30