Avropa Komissiyasının binasında sıravi əməkdaşlara qarşı ayrı-seçkilik narazılığa səbəb olub
27.06.2026 [21:19]
Avropa Komissiyasının Brüsseldəki qərargahı cümə günü Belçikada həddindən artıq isti hava şəraiti hökm sürdüyü üçün aşağı mərtəbələrində kondisioneri söndürüb, lakin “Politico”nun məlumatına görə, rəhbər şəxslərin - Prezidentin və komissarların əksəriyyətinin ofisləri bundan təsirlənməyib.
AZƏRTAC xəbər verir ki, 13 mərtəbəli Berlaymont binasında Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, blokun 26 komissarı və təxminən 3000 işçi çalışır. Bu, və daha yuxarı mərtəbələrdəki komissarların ofislərinin əksəriyyətinə də kondisioner işləməyə davam edib.
Komissiyanın Berlaymont qərargahındakı işçilər günorta saatlarında təcili SMS mesajı alıblar. Mesajda bildirilir ki, ekstremal hava şəraiti səbəbindən birinci mərtəbədən yeddinci mərtəbəyə qədər olan hava-soyutma sistemi günün qalan hissəsi üçün bağlanacaq.
Bu həftənin əvvəlində Komissiya işçilərə günün ən isti saatlarında çölə çıxmamağı, müntəzəm olaraq su içməyi və həddindən artıq istiyə məruz qalmamaq üçün işə daha tez başlamağı tövsiyə edib.
Qismən bağlanma aşağı mərtəbələrdə çalışan işçilərin tənqidinə səbəb oldu. Komissiya rəsmilərindən biri “Politico”ya bildirib ki, bu, feodalizm qaydasıdır. O, vəziyyəti “rüsvayçılıq” adlandırıb.
Soyudulan yuxarı mərtəbələrdə belə temperatur yüksək olaraq qalıb, qapalı məkanda temperatur 25,7 dərəcə Selsi olub.
İstilik dalğası Avropada kondisionerin məhdud olması ilə bağlı müzakirələri yenidən alovlandırıb.
“Politico”ya görə, Avropa ev təsərrüfatlarının yalnız beşdəbirində kondisioner var, Belçikadakı qatarların təxminən 20 faizində isə soyutma sistemləri yoxdur və bu da milli dəmir yolu operatorunun bir neçə pik saat xidmətlərini ləğv etməsinə səbəb olub.
Məqalədə deyilir ki, soyutma sistemlərinin elektrik enerjisi şəbəkəsinə təzyiqi artırması səbəbindən Avropa Parlamentində də bu həftə elektrik kəsintiləri baş verib.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

