Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Pakistanda terrorçuların hücumu zamanı 11 əsgər həlak olub

Pakistanda terrorçuların hücumu zamanı 11 əsgər həlak olub

08.07.2026 [23:35]

Çərşənbə günü, iyulun 8-də Pakistanın cənub-qərbində əsgərlərlə silahlı qruplaşmanın üzvləri arasında baş verən atışmada 11 hərbçi həlak olub, 19 terrorçu öldürülüb.

Pakistanın təhlükəsizlik mənbələri “Anadolu” agentliyinə bildiriblər ki, hadisə təhlükəsizlik qüvvələrinin cənub-qərbi Bəlucistan əyalətində yaraqlılar tərəfindən bağlanan əsas magistral yolu açması zamanı baş verib. Məlumata görə, atışmada bir neçə terrorçu da yaralanıb.

Son aylarda Pakistanın cənub bölgələrində intensiv hal alan terror hücumlarının sonuncusu olan bu hadisə Ziyarat rayonunda doqquz polisin öldürülməsindən bir gün sonra baş verib.

Minerallarla zəngin bölgə və milyardlarla dollarlıq Çin-Pakistan iqtisadi dəhlizinin əsas marşrutu olan Bəlucistan uzun müddətdir separatçı silahlı dəstələrin hücumlarına məruz qalır.

Paylaş:
Baxılıb: 52 dəfə

Xəbər lenti

Hamısına bax

Hərbi

İqtisadiyyat

İqtisadiyyat

Birinci yarımildə...

08 İyul 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31