Ermənistan ictimaiyyəti Sarkisyanın yalanlarını ifşa edir
19.02.2014 [08:59]
Qaqik Tsarukyan: Ermənistanda səfərbərlik elan olunacağı təqdirdə çağırışa yararlı nə qədər kişi qalıb?
Bu günlərdə “Yerkrap” könüllülər ittifaqının iclasında çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan ənənəsinə sadiq qalaraq ölkəsinin “inkişafından”, “çiçəklənməsindən” ağız dolusu danışıb, əhaliyə yaxşı gələcəklə bağlı vədlər verib. Lakin Sarkisyanın sözləri, təbii olaraq, Ermənistanda istehza ilə qarşılanıb. Çünki Sarkisyanın sözlərinin nə qədər həqiqətdən uzaq və yalan olduğunu Ermənistan vətəndaşları hamıdan yaxşı bilir.
Məsələn, Sarkisyan çıxışında bildirib ki, Ermənistanın Gömrük İttifaqına qoşulacağı təqdirdə ölkədə inflyasiyanın artacağı ilə bağlı fikirlər yalandır. Onun sözlərinə görə, belə bir addım bəzi məhsulların qiymətində artma, bəzilərində isə əksinə, azalmaya gətirib çıxara bilər.
Lakin “lragir.am” saytı Sarkisyanın sözlərini keçmiş təcrübəyə istinad edərək, şübhə altına alır. Saytın yazdıqlarından da görünür ki, Ermənistan prezidenti dəfələrlə insanlara yalan danışıb. Məsələn, o, hələ 2013-cü ilin fevralında keçirilən mətbuat konfransında Ermənistanda qazın bahalaşacağı ilə bağlı deyilənləri yalan adlandırıb. İlin sonunda isə məlum olub ki, Ermənistanda qaz 2011-ci ilin aprelindən bahalaşıb. Nəticədə, 300 milyon dollar dövlət borcu yaranıb. “Armqazprom”un Ermənistanın əlində qalan sonuncu 20 faiz hissəsinin də Rusiya şirkətinə satılması ilə bu borc ödənilib.
Sayt xatırladır ki, həmin mətbuat konfransında Sarkisyan demişdi: “Biz öz işimizdə dürüstük. Biz heç vaxt kiməsə “sabah sizə gələcəyik”, sonra isə gedib başqasına “sizə gəlirik” demirik”.
Fevralda deyilən bu fikirlərdən sonra Ermənistanın istiqamətini Avropa İttifaqından Gömrük İttifaqına dəyişdiyini bəyan edən Sarkisyan özünə və ölkəsinə 3 sentyabr rüsvayçılığını yaşatdı.
Sarkisyanın sonuncu çıxışında səsləndirdiyi fikirlər Ermənistan siyasi dairələrində də ironiya ilə qarşılanıb. Belə ki, “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qaqik Tsarukyan partiyasının iclasındakı çıxışında ölkəsindəki bərbad durumu gözlər önünə sərib. O bildirib ki, emiqrasiya problemi Ermənistan üçün milli təhlükəsizlik məsələsinə çevrilib. Tsarukyan əhalinin xaricə köçünün qarşısının alınması üçün orta və kiçik biznesin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb: “Ölkədəki vergi terroru səbəbindən kiçik və orta biznes məhv olur, diaspor və xarici investorlar isə Ermənistana yatırım etmək istəmir”. Onun sözlərinə görə, Ermənistan vətəndaşlarının boynundan asılan bu yedək getdikcə daha da ağırlaşır. İnsanlar biznes fəaliyyəti ilə məşğul olmaqdan qorxurlar, çünki bilirlər ki, ertəsi gün vergiyığanlar başlarının üstünü alacaq və hələ qazanmadıqları gəliri onlardan qoparacaq. İşə başlayanlar isə tezliklə ona son qoymalı olur, çünki bütün qazandıqlarını dövlətə ödəməli olurlar. Yalnız “yuxarıdan” vergi və gömrük imtiyazları əldə edənlər sahibkarlıq fəaliyyətini davam etdirə bilirlər. Nəticədə, Ermənistan xaricə işçi qüvvəsi ixracatçısına çevrilib, onların ailələrinə göndərdikləri maliyyənin bir hissəsi bankların, idxalçıların və monopolist-məmurların gəlirlərini formalaşdırır.
Tsarukyanın sözlərinə əsasən, demoqrafik problem Ermənistanın özünümüdafiə qabiliyyətinə mənfi təsir göstərir: “Hərbi hissələrin komandirləri deyirlər ki, gənclərin çoxu Rusiyada işləyən atalarını demək olar ki, görmürlər. Bu uşaqları ataları tərbiyə etmir, onlar kişi sözü eşitmirlər və əksəriyyəti ölkədən uzağa qazanc dalınca yollanmaq üçün hərbi bileti almağı gözləyir”.
“Ermənistanda səfərbərlik elan olunacağı təqdirdə çağırışa yararlı nə qədər kişi qalıb?” sualını verən Tsarukyan Azərbaycanla müharibə ehtimalının emiqrasiya problemini daha da dərinləşdirdiyini deyib.
Tsarukyan Ermənistan prezidentinin ölkədəki yeni pensiya sisteminin “insanları öz yurduna bağlamaq üçün vasitə” adlandırmasına qarşı çıxıb, bu sahədə islahatların vətəndaşların xaricə köçünü daha da artıracağını deyib.
Göründüyü kimi, indiki halda, Ermənistanın üzləşdiyi vəziyyətdən çıxmasına ümid etmək belə yersizdir. İşğalçı ölkə öz təcavüzkar siyasətinin acı nəticələrini yaşayır.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18

