Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib: gənclər arasında vəziyyət narahatlıq doğurur
12.08.2026 [22:05]
Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksələrək 2020-ci ilin payızından bəri ən yüksək həddə çatıb. İşsizliyin artması Baş nazir Sebastyən Lökornü ilə sabiq Baş nazir və prezidentliyə namizəd Eduard Filip arasında siyasi mübahisəyə də səbəb olub.
AZƏRTAC xəbər verir ki, son iki ildə Fransada işsizlik göstəricisi demək olar, fasiləsiz artıb. Baş nazir Sebastyən Lökornü işsizliyin yüksəlməsini inkar etməyin mümkün olmadığını, lakin vəziyyəti şişirtməyin də düzgün olmadığını bildirib. Onun sözlərinə görə, 2017-ci ildən ölkədə 2 milyondan çox yeni iş yeri yaradılıb.
Hökumət işsizliyin artımını əsasən iki amillə izah edir. Bunlardan biri “tam məşğulluq” haqqında qanunun əvvəllər işsiz kimi qeydə alınmayan şəxslərin də statistikaya daxil edilməsidir. Digər amil isə iqtisadi vəziyyətin pisləşməsi, o cümlədən Hörmüz boğazındakı gərginliklərin yaratdığı çətinliklərdir.
Sabiq Baş nazir Eduard Filip isə son işsizlik göstəricilərinin qənaətbəxş olmadığını bildirib. O, işsizliyin azaldılması üçün 2017–2020-ci illərdə tətbiq olunan, biznesin və peşə təhsilinin, xüsusilə peşə proqramlarının dəstəklənməsinə əsaslanan siyasətin davam etdirilməsini təklif edir.
Bununla belə, vəziyyət xüsusilə əmək bazarına yeni daxil olan gənclər üçün ciddi narahatlıq doğurur. Şirkətlərdə ixtisarların artması, sifarişlərin azalması və müddətli əmək müqavilələrinin yenilənməməsi yeni iş yerlərinin yaradılmasını məhdudlaşdırır. Gənclər arasında işsizlik səviyyəsi artıq 21 faizdən xeyli yüksəkdir.
İqtisadçıların fikrincə, əvvəlki illərdə işsizliyin azalmasına nail olmaq dövlətin şirkətlərə və peşə təhsili proqramlarına ayırdığı böyük maliyyə vəsaiti hesabına mümkün olub. Dövlət büdcəsi üçün bu siyasətin yüksək maliyyə yükü səbəbindən hökumət 2024-cü ildən etibarən həmin dəstəyi azaltmağa başlayıb.
Beləliklə, Fransada işsizliyin artması yalnız siyasi mübahisə deyil, həm də dövlət maliyyəsi, biznesin vəziyyəti və xüsusilə gənclərin əmək bazarına çıxışı ilə bağlı ciddi problemləri gündəmə gətirir.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22

