Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Şahin Diniyev: “Hapoel” Serbiya nəhəngini məğlub edibsə, bu komandadan çəkinməyə dəyər

Şahin Diniyev: “Hapoel” Serbiya nəhəngini məğlub edibsə, bu komandadan çəkinməyə dəyər

12.08.2026 [16:57]

Hələ birinci oyundan sonra qeyd etmişdim ki, iki müxtəlif komanda qarşılaşacaq. Bir tərəfdə təcrübəli oyunçulardan yığılmış, həm maliyyə, həm səviyyə, həm də individual olaraq güclü “Sabah”, digər tərəfdə isə daha çox gənclərdən təşkil olunmuş “Orxus” var idi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev “Sabah”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın “Orxus” klubu üzərində 4:0 hesabı ilə qalib gəldiyi cavab oyunu ilə bağlı danışarkən deyib.

Təcrübəli mütəxəssis bildirib ki, “Sabah” təcrübəsi hesabına cütün taleyini həll edib: “İkinci hissəsinin əvvəlinə qədər “Sabah” rəqib qapısına yol tapa bilmirdi. Bu cür komandaların üslubunda sürətli hücumları uğurla yekunlaşdırmaq əsas xüsusiyyətlərdən biridir. Bu oyunda isə “Sabah”ın sürətli hücumları üçün zonalar bağlanmışdı. “Orxus”un ilk qolda etdiyi səhvdən sonra “Sabah” hesabı açdı və öz oyununu axıra qədər davam etdirdi. Ən başlıcası, Azərbaycan çempionu səbirlə, təmkinlə öz oyununu diktə etməyə çalışdı, tələsmədi. Qol gözlənilirdi və elə də oldu. “Orxus”un etdiyi səhv də təzyiqin nəticəsi idi. “Sabah” çox yaxşı oyun nümayiş etdirərək qələbə qazandı. Hər iki oyuna baxdıqda, təmsilçimiz mərhələni keçməyə daha yaxın olan tərəf idi”.

Vaxtilə İsraildə çıxış etmiş veteran futbolçu “Sabah”ın Çempionlar liqasının pley-off mərhələsindəki rəqibi olan “Hapoel” (Ber-Şeva) haqqında da danışıb: “Mən orada 5 ilə yaxın futbol oynamışam. İsrail çempionatı zəif deyil. Bildiyiniz kimi, hər ölkədə 3-4 komanda həmişə dominantlıq edir. İsraildə də həmişə “Makkabi Hayfa”, “Makkabi Tel-Əviv” söz sahibi olub, hərdən isə “Hapoel Hayfa” və “Hapoel Tel-Əviv” bu mübarizəyə qoşulurdu. Bu komandalar həmişə çempionluq uğrunda mübarizə aparır.

Ber-Şeva “Hapoel”i isə əyalət komandasıdır. Amma əgər dediyim nəhəng komandaları qabaqlayaraq çempion olubsa, deməli, kifayət qədər güclü kollektivdir. Çempionlar Liqasının III təsnifat mərhələsində qalib gəldikləri “Srvena Zvezda” da böyük komandalardan biridir. Əgər “Hapoel” Serbiya nəhəngini hər iki oyunda qol buraxmadan məğlub edibsə, deməli, bu komandadan çəkinməyə dəyər. Lakin hazırda “Sabah” da yaxşı formadadır. Şanslar bərabərdir. Birinci oyundan sonra fikir bildirmək daha asan olacaq”.

Qeyd edək ki, “Sabah” və “Hapoel” arasında ilk oyun avqustun 19-da, cavab matçı isə 25-də keçiriləcək. Qalib komanda Çempionlar Liqasının, məğlub tərəf isə Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq.

Paylaş:
Baxılıb: 113 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Yeddi ayda...

12 Avqust 15:00

Siyasət

17-ci səfər...

12 Avqust 13:17

Analitik

Məkkə üçbucağı

12 Avqust 10:25  

Analitik

Sosial

Mavi sərvətin taleyi

12 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31