Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Memar: Möminə Xatun türbəsində bərpa işlərinin əsas prinsipi abidənin orijinallığının qorunmasıdır

Memar: Möminə Xatun türbəsində bərpa işlərinin əsas prinsipi abidənin orijinallığının qorunmasıdır

12.08.2026 [18:56]

Möminə Xatun türbəsinin tarixi-memarlıq xüsusiyyətlərinin qorunması və uzunmüddətli mühafizəsinin təmin edilməsi məqsədilə hazırda abidədə kompleks bərpa, konservasiya və elmi-tədqiqat işləri aparılır. Belə ki, abidənin mövcud vəziyyətinin qiymətləndirilməsi, hərtərəfli tədqiqat və ölçmə işlərinin aparılması istiqamətində tədbirlər görülür. Bu prosesdə əsas prinsip müdaxilələrin elmi əsaslarla həyata keçirilməsi və abidənin autentikliyinin qorunmasıdır.

Bunu AZƏRTAC-a açıqlamasında memar Aysel Hüseynova deyib.

O bildirib ki, Möminə Xatun türbəsinin 1998-ci ildə UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilməsi, 2001-ci ildə isə dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülməsi onun həm universal, həm də milli dəyərinin göstəricisidir.

“Bu gün həyata keçirilən bərpa və konservasiya işləri abidənin mövcud vəziyyətinin yaxşılaşdırılmasına və dayanıqlılığının təmin edilməsinə yönəlib. Aparılan elmi tədqiqatlar və monitorinq tədbirləri türbənin vəziyyətinin dəqiq qiymətləndirilməsinə, mümkün risklərin müəyyənləşdirilməsinə və onların qarşısının alınmasına imkan yaradır. Əsas məqsəd Möminə Xatun türbəsinin tarixi və mədəni əhəmiyyətini qorumaqla onun uzunmüddətli mühafizəsini təmin etməkdir”, – deyə memar bildirib.

Paylaş:
Baxılıb: 76 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Yeddi ayda...

12 Avqust 15:00

Siyasət

17-ci səfər...

12 Avqust 13:17

Analitik

Məkkə üçbucağı

12 Avqust 10:25  

Analitik

Sosial

Mavi sərvətin taleyi

12 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31